Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İsrail ABŞ-ın Venesueladakı əməliyyatını dəstəkləyir - İsrail XİN rəhbəri

    3 Yanvar 2026 20:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    İsrail ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyat və ölkə prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı iddialara münasibət bildirib.

    AzerVoice xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar sosial şəbəkə üzərindən yaydığı açıqlamada ABŞ-ın Venesuelada həyata keçirdiyi addımları “təqdir etdiklərini” və “əziyyət çəkən Venesuela xalqının yanında olduqlarını” bəyan edib.

    Saar bildirib ki, ABŞ Prezidenti Donald Tramp rəhbərliyi altında Vaşinqton “azad dünyanın lideri kimi hərəkət edir”. O, İsrailin Maduro hakimiyyətinin devrilməsini müsbət qiymətləndirdiyini və gələcəkdə İsrail ilə Venesuela arasında dostluq münasibətlərinin qurulacağına ümid etdiklərini qeyd edib.

    Nazir əlavə edib ki, İsrail Venesuela xalqının siyasi və iqtisadi çətinliklərdən qurtulmasını dəstəkləyir.

    Qeyd edək ki, İsrail bundan əvvəl də Maduro hökumətini tənqid edib və 2025-ci il Nobel Sülh Mükafatının Venesuela müxalifət lideri Maria Korina Maçadoya verilməsini məmnunluqla qarşıladığını açıqlamışdı.

    Maçadonun İsrailə açıq dəstəyi və Baş nazir Binyamin Netanyahu hökuməti ilə yaxın münasibətləri beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

    Məlumata görə, Venesuelanın paytaxtı Karakas şəhərində yerli vaxtla gecə saatlarında partlayış səsləri və hərbi təyyarələrin uçuşu eşidilib. Venesuela hakimiyyəti baş verənlərdən sonra ABŞ-ı ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə zərbələr endirməkdə ittiham edib.

    ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı “genişmiqyaslı hərbi əməliyyat” aparıldığını və Nikolas Maduro ilə həyat yoldaşı Silca Floresnin ölkədən çıxarıldığını açıqlayıb.

    ABŞ-ın ədliyyə naziri Pam Bondi isə Maduro və həyat yoldaşı barəsində ABŞ-da cinayət işi açıldığını, ona “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-a qarşı avtomatik silah və dağıdıcı qurğulara sahib olmaq” ittihamlarının irəli sürüldüyünü bildirib.

    Venesuela hakimiyyəti baş verənlərə görə beynəlxalq ictimaiyyəti ABŞ-ı qınamağa çağırıb. Bir sıra ölkələr hücumu tənqid etsə də, ABŞ-ın addımlarını dəstəkləyən açıqlamalar da səsləndirilib.

    #İsrail Maduro’nun devrilmesini destekledi #Venezuela krizi: İsrail’den Washington’a övgü #İsrail ABD’ye destek verdi #Tel Aviv’den Maduro açıklaması #İsrail ABD’nin Venezuela operasyonunu memnuniyetle karşıladı #İsrail Maduro hakimiyyətinin devrilməsini alqışladı #Tel-Əviv Maduro ilə bağlı ABŞ-ı dəstəklədi #İsraildən Venesuela açıqlaması: ABŞ azad dünyanın lideridir #ABŞ-ın Venesuelaya zərbəsinə İsraildən açıq dəstək
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib

    17 Fevral 2026 16:29

    Suriyada mina partlayışı: jurnalist də daxil olmaqla 3 nəfər yaralandı

    17 Fevral 2026 15:56

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    17 Fevral 2026 12:54

    Səudiyyə, Türkiyə və Misirdən birgə bəyanat: İsrail beynəlxalq hüququ pozur

    17 Fevral 2026 12:32

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    17 Fevral 2026 11:45

    SEPAH Hörmüz boğazının 24 saat nəzarətdə saxlanıldığını açıqlayıb

    17 Fevral 2026 11:14

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Obama yadplanetlilər haqqında susqunluğunu pozdu: Onlar həqiqətən varmı?

    17 Fevral 2026 10:06

    İranla danışıqlarda "dolayı yolla" iştirak edəcəyəm - Tramp

    17 Fevral 2026 09:53

    Qətərli sahibkarlar Suriyada yenidənqurma layihələrinə start verdi

    17 Fevral 2026 09:22

    Madurodan sonra xaosmu, yoxsa demokratiya? ABŞ ssenarisi sual altındadır

    4 Yanvar 2026 12:39
    XƏBƏR LENTİ

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.