
BAKI, AzerVoice
Maduro və həyat yoldaşı Nyu Yorkda ittiham aktından sonra cinayət məsuliyyətinə cəlb olunacaq.
AzerVoice xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ baş prokuroru Pam Bondi bildirib ki, devrilmiş Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Silia Flores Nyu Yorkda irəli sürülmüş ittiham aktından sonra cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Bondi sosial şəbəkə hesabındakı paylaşımında vurğulayıb ki, bu cütlük tezliklə Amerika torpağında, Amerika məhkəmələrində Amerikanın ədalətinin bütün sərtliyi ilə üzləşəcək.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.
O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:
"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"