Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İsrail Afrika Buynuzunda strateji su yollarına nəzarət etmək və fələstinliləri Somalilanda köçürmək istəyir – Somali Prezidenti

    31 Dekabr 2025 06:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Həsən Şeyx Mahmud İsrailin Afrika Buynuzu regionunda strateji məqsədlər güddüyünü və fələstinlilərin Somalinin ayrılmaq istəyən “Somaliland” bölgəsinə köçürülməsi planları üzərində çalışdığını bildirib.

    AzerVoice xəbər verir ki, Somali prezidenti Əl-Cəzirə telekanalına müsahibəsində İsrailin regionda əsas hədəfinin strateji dəniz və su yollarına nəzarət olduğunu vurğulayıb.

    Prezident Mahmud hazırda Türkiyə səfərində olduğunu və bu çərçivədə Rəcəb Tayyib Ərdoğan ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, İsrailin Somalilandı tanıması bölgədə gizli şəkildə aparılan proseslərin açıq mərhələyə keçməsi deməkdir.

    Somaliland və İsrailin planları

    Somali lideri qeyd edib ki, ayrılıqçı “Somaliland” administrasiyası fələstinlilərin məskunlaşdırılmasına, İsrail hərbi bazasının yaradılmasına və “İbrahim razılaşmaları”na qoşulmağa razılıq verib.

    “İsrailin Somalilanda yaxınlaşması heç bir halda sülh məqsədi daşımır. Bu, əvvəllər gizli şəkildə mövcud olan İsrail varlığının indi açıq şəkildə legitimləşdirilməsidir”, – deyə Mahmud vurğulayıb.

    O əlavə edib ki, İsrailin Afrika Buynuzu regionu ilə əvvəl heç bir real marağı və əlaqəsi olmayıb və bu addım Somalinin maraqlarına ziddir.

    Prezident Mahmud bildirib ki, İsrailin bu qərarı beynəlxalq ictimaiyyət tərəfindən qınanıb və rədd edilib. Onun sözlərinə görə, bu addım Somalinin uzun illər davam edən daxili problemlərdən çıxmağa çalışdığı həssas dövrdə atılıb.

    Somali lideri həmçinin Somaliland ərazisində qeyri-qanuni fəaliyyət göstərən xarici şirkətlərin mövcudluğuna diqqət çəkib.

    Mahmud xatırladıb ki, Somaliland 1991-ci ildən etibarən müstəqillik iddiası ilə çıxış etsə də, 30 ildən artıqdır heç bir dövlət tərəfindən tanınmayıb. O, həmçinin Donald Trampın ABŞ-ın bu tanınmanı dəstəkləməyəcəyini açıq şəkildə bəyan etdiyini vurğulayıb.

    Qeyd edək ki, Somaliland 1991-ci ildə Somalidən birtərəfli qaydada ayrıldığını elan etsə də, beynəlxalq səviyyədə tanınmır. Somali hökuməti regionu ölkənin ayrılmaz hissəsi hesab edir və Somalilandla birbaşa bağlanan istənilən razılaşmanı Somalinin suverenliyinə və ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirir.

    #Somali prezidenti İsrailin Afrika Buynuzu planlarını ifşa etdi #İsrail Somaliland üzərindən yeni geosiyasi xətt qurur? #Fələstinlilərin Afrikaya köçürülməsi planı regionu necə dəyişir? #Somali İsrailin Somaliland addımına niyə sərt reaksiya verir? #Afrika Buynuzunda yeni geosiyasi qarşıdurma riski #Президент Сомали обвинил Израиль в геополитических планах в Африке #Израиль и Сомалиленд: новая линия напряженности #План переселения палестинцев в Африку вызывает тревогу #Сомали отвергает признание Сомалиленда #Somali Cumhurbaşkanı İsrail’in Afrika Boynuzu planlarını açıkladı #İsrail’in Somaliland hamlesi bölgeyi nasıl etkiler? #Filistinlilerin Afrika’ya yerleştirilmesi iddiası #Somali’den İsrail’in tanıma kararına sert tepki #Somalia Warns of Israel’s Strategic Plans in Horn of Africa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Afrika Buynuzunda strateji su yollarına nəzarət etmək və fələstinliləri Somalilanda köçürmək istəyir – Somali Prezidenti

    31 Dekabr 2025 06:51

    Dünyada 4,4 milyarddan çox insan şəhər sahələrində yaşayır

    30 Dekabr 2025 18:47

    İran, Kanadanın krallıq donanmasını terror təşkilatı olaraq təyin edib

    30 Dekabr 2025 18:09

    Hər hansı bir hücuma sərt cavab verəcəyik - Pezeşkian

    30 Dekabr 2025 17:00

    Cənubi Koreya Saeul-3 nüvə reaktorunun istismarına icazə verib

    30 Dekabr 2025 16:08

    Orta Dəhliz fintexin sərhədlərarası inkişafına təkan verə bilər - AİB

    30 Dekabr 2025 13:14

    Pul-kredit və bank sisteminin islahı üçün tədbirlər görəcəyik - Pezeşkian

    30 Dekabr 2025 09:51

    Pekin Tayvan yaxınlığında genişmiqyaslı hərbi təlimlər aparır

    30 Dekabr 2025 09:47

    İran ABŞ-la danışıqların yalnız rəsmi kanallarla aparılacağını bildirdi

    29 Dekabr 2025 16:57

    Almaniyanın silah və hərbi texnika ixracı 2025-ci ildə azalıb

    29 Dekabr 2025 15:22

    Pakistan təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində 12 silahlı zərərsizləşdirilib

    29 Dekabr 2025 11:57

    Netanyahu Trampla Qəzza atəşkəsinin ikinci mərhələsini müzakirə edəcək

    29 Dekabr 2025 10:53
    Demo
    XƏBƏR LENTİ

    Yuxuda Qurbağa Görmək: Xeyir, Xəbər, yoxsa Xəbərdarlıq?

    Bu gün COVID-19 pandemiyası Çindən dünyaya yayıldı

    İsrail Afrika Buynuzunda strateji su yollarına nəzarət etmək və fələstinliləri Somalilanda köçürmək istəyir – Somali Prezidenti

    Trampın ikinci prezidentliyi ABŞ Ədliyyə Nazirliyində hansı dəyişikliklərə yol açıb?

    Təyyarə qəzasında ölən liderlər -SİYAHI

    Bu gün Yeltsinin istefasından sonra Putin Rusiyanın müvəqqəti prezidenti oldu

    Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur

    Bu gün Panama kanalı Panamaya təhvil verildi

    Tarixdə bu gün – 31 Dekabr

    Dəməşq SDQ - yə dörd maddəlik ultimatum verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.