Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Pekin Tayvan yaxınlığında genişmiqyaslı hərbi təlimlər aparır

    30 Dekabr 2025 09:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Çinin suverenlik mübahisəsi yaşadığı Tayvan ətrafında başladığı hərbi təlimlər ikinci günündə də davam edir.

    AzerVoice xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Şərq Cəbhəsi Komandanlığının sözçüsü, kapitan Li Si bildirib ki, komandanlığa tabe quru qoşunları səhər saatlarında adanın şimalında sulara yerləşdirilən hədəflərə qarşı uzunmənzilli atış təlimləri keçirib.

    Komandanlıqdan verilən ayrı açıqlamada isə təlimlər çərçivəsində dəniz hədəflərinə qarşı hücum simulyasiyalarının, hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı müdafiə əməliyyatlarının icra ediləcəyi qeyd olunub.

    Şərq Cəbhəsi Komandanlığı dünən Tayvan adasının şimal, cənub-qərb, cənub-şərq və şərq istiqamətlərində esmineslər, freqatlar, döyüş təyyarələri, bombardmançı təyyarələr və pilotsuz uçuş aparatlarının iştirak etdiyi genişmiqyaslı hərbi təlimlərə başlanıldığını açıqlamışdı.

    “Ədalət Missiyası 2025” adlanan təlimlərin hava və dəniz döyüş hazırlığı patrulları, tam üstünlüyün ələ keçirilməsi, əsas liman və bölgələrin blokadaya alınması, həmçinin ada zəncirindən kənardan edilə biləcək müdaxilələrə qarşı tammiqyaslı caydırıcılıq məqsədi daşıdığı bildirilib.

    Tayvanın qarşı sahilində yerləşən Çinin Futszyen əyalətinin sahil mühafizəsi də hərbi təlimlərlə eyni vaxtda Tayvan adası ətrafında “hüquq-mühafizə patrulu” həyata keçirdiyini açıqlayıb.

    #Tayvan #hərbi təlim #pilotsuz uçuş aparatları #Çin və Tayvan münasibətləri #Tayvan böhranı #Çin Tayvan ətrafında hərbi təlimlər 2025 #Tayvan yaxınlığında Çin hərbi manevrləri #Çin Xalq Azadlıq Ordusu Tayvan əməliyyatları #Çin hərbi təlimləri Şərq Cəbhəsi Komandanlığı #Çin-Tayvan hərbi qarşıdurma xəbərləri #Çin ordusu #Tayvan adası #uzunmənzilli atış #dəniz və hava əməliyyatları #sahil mühafizə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın mövqeyi Tayvan məsələsində beynəlxalq hüquq prinsiplərinə əsaslanır - Ceyhun Bayramov

    5 Fevral 2026 14:00

    Rusiya Kiyev və Xarkovu raket və PUA-larla vurdu - Ukrayna

    5 Fevral 2026 12:51

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    Tramp Tayvan qanununu təsdiqləyib

    3 Dekabr 2025 15:47

    Çin Tayvana mümkün amfibi əməliyyat üçün mülki donanmanı hərbiləşdirir

    21 Noyabr 2025 18:48

    Baykarın pilotsuz döyüş təyyarəsi tarixi test uçuşunu tamamlayıb

    20 Noyabr 2025 11:30

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    KIZILELMA ilə yeni mərhələ - silah sistemlərində tam müstəqillik dövrü başlayır

    20 Oktyabr 2025 16:33

    Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin birgə təlimi davam edir

    20 Oktyabr 2025 10:13

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə keçirilən hərbi təlimdə iştirak edir

    11 Oktyabr 2025 19:39

    Azərbaycan türk dövlətləri ilə Birlik - 2025 hərbi təlimində iştirak edəcək

    11 Oktyabr 2025 18:18

    Bayraktar KIZILELMA TOLUN silah sistemi ilə uçuş testini uğurla tamamlayıb

    26 Sentyabr 2025 17:28
    XƏBƏR LENTİ

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.