BAKI, AzerVoice, Nailə Babazadə
Pakistanın Hayber Pahtunxva və Belucistan əyalətlərində təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı keçirdiyi əməliyyatlar nəticəsində 12 silahlı təsirsiz hala gətirilib.
AzerVoice xəbər verir ki, təhlükəsizlik qüvvələri istintaq nəticəsində Hayber Pahtunxva əyalətinin Karak bölgəsi və Belucistan əyalətinin Kalat bölgəsində iki ayrı əməliyyat həyata keçirib. Karakda 8, Kalatda isə 4 silahlı təsirsiz hala gətirilib. Əməliyyat zamanı çox sayda silah və mühimmat ələ keçirilib.
Pakistanın şərqində, xüsusilə Afganıstana sərhəd olan Hayber Pahtunxva və Belucistan əyalətlərində silahlı hücumlar intensivləşib. Hər iki əyalətdə Peştun və Beluci etnik qruplarının hüquqlarını qoruduqlarını iddia edən silahlı qruplar həm təhlükəsizlik qüvvələrinə, həm də mülki şəxslərə hücumlar edir.
İslamabad hökuməti TTP-nin (Tehrik-i-Taliban Pakistan) Əfqanıstanda mövqe tutduğunu və hücumlarını oradan təşkil etdiyini iddia edir, lakin Əfqanıstan hakimiyyəti bu iddiaları rədd edir.
Belucistan əyalətində isə Belucistan Azadlıq Ordusunun (BLA) hücumları diqqət mərkəzindədir. BLA əyalətin Pakistanla birləşməsini dayandırmaq və bölgəni Beluc xalqının idarə etməsini tələb edir.
