Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    "Qərbi Azəri" 20 yaşını qeyd edir

    29 Dekabr 2025 12:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi məmnuniyyətlə bildirir ki, sabah "Qərbi Azəri" platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, nəhəng AÇG yatağının işlənməsində əlamətdar hadisədir.

    AzerVoice xəbər verir ki, "Qərbi Azəri"dən ilk hasilat 30 dekabr 2005-ci il tarixində əldə olunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası başlanmışdı. İlk neft əvvəlcədən qazılmış üç öncə qazma quyusunun birincisindən hasil olunaraq sualtı boru kəməri vasitəsilə 4 yanvar 2006-cı il tarixində Sangaçal terminalına çatmışdı.

    O vaxtdan "Qərbi Azəri" AÇG-nin hasilat salnaməsinin aparıcılarından biridir. İndiyədək platformadan 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib və bu göstərici ilə "Qərbi Azəri" AÇG platformaları arasında Mərkəzi Azəridən sonra ikinci yerdədir. Bununla da "Qərbi Azəri" 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yatağından 4,5 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.

    "Qərbi Azəri" hazırda da təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2025-ci ilin üçüncü rübünün sonuna platformadan gündəlik orta hasilat 76 min barel təşkil edib.

    "Qərbi Azəri" obyektlərinə 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platforması və qurudakı Səngəçal terminalına birləşdirilmiş 30 düymlük sualtı boru kəməri daxildir. Hazırda "Qərbi Azəri"də təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri Azərbaycanlı mütəxəssislərdir.İndiyədək platformadan ümumilikdə 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 32 quyudan 24-ü hasilat quyusu, 8-i isə suvurma quyusudur.

    "Qərbi Azəri" platformasının meneceri Emin İbrahimov:

    ""Qərbi Azəri" ailəsi olaraq, AÇG-nin ən yüksək göstəricilərə malik qurğularından birini idarə etməkdən qürur duyuruq. Geriyə nəzər salsaq, xatırlayarıq ki, 2005-ci ildə işə salınmış birinci quyularımızdan olan C-06 quyusu ilk dövrlərdə gündəlik 35 000 barel neft verib və dünyanın ən məhsuldar quyularından biri olub. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub və bu, istənilən neft quyusu üçün müstəsna bir nailiyyətdir. Bu tarixi ildönümü münasibətilə bütün "Qərbi Azəri" komandasını ürəkdən təbrik edirəm və bir daha vurğulamaq istəyirəm ki, "Qərbi Azəri" dünya səviyyəli platforma olaraq hələ gələcək onilliklər ərzində də AÇG-nin uğur hekayəsinə, eləcə də Azərbaycanın neft sənayesinə mühüm töhfələr verməkdə davam edəcək."

    #Azəri-Çıraq-Dərinsulu Günəşli #AÇG yatağı #bp Azərbaycan #Qərbi Azəri platforması #Xəzər dənizi neft layihələri #Azərbaycan neft sənayesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    bp ADUA layihəsi üzrə seysmik tədqiqatlar üçün ƏMTQ sənədinin layihə variantını açıqlayıb

    29 Dekabr 2025 13:04

    Hüquq Bələdçisi - 2025-ci ildə mediasiya sahəsində irəliləyişlər

    29 Dekabr 2025 12:30

    "Qərbi Azəri" 20 yaşını qeyd edir

    29 Dekabr 2025 12:14

    Azərbaycan və BMT arasında şəhərsalma sahəsində əməkdaşlıq müzakirə olunub

    29 Dekabr 2025 11:33

    KOBİA-nın yaranmasından 8 il ötür

    29 Dekabr 2025 11:16

    NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirilib

    29 Dekabr 2025 10:00

    Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

    29 Dekabr 2025 09:11

    Qusarda DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar

    28 Dekabr 2025 22:15

    Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

    28 Dekabr 2025 15:10

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Romeo və Cülyetta tamaşasını izləyiblər

    28 Dekabr 2025 00:16

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Cırtdan Meqa Şousu təşkil olunub

    27 Dekabr 2025 18:37

    184 nömrəli marşrutda ekoloji təmiz avtobuslar sərnişinlərin ixtiyarına verilir

    27 Dekabr 2025 12:24
    Demo
    XƏBƏR LENTİ

    Suriya paytaxtı Dəməşqdə güclü partlayış qeydə alınıb

    Prezident İlham Əliyev Vergi Məcəlləsinə edilən bir sıra dəyişiklikləri təsdiqləyib

    Prezident İlham Əliyev 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib

    Fənərbaxça qapıçı mövqeyini Mert Günok ilə gücləndirməyi planlaşdırır

    Türkiyədə polis-İŞİD qarşıdurmasında 3 polis şəhid olub

    bp ADUA layihəsi üzrə seysmik tədqiqatlar üçün ƏMTQ sənədinin layihə variantını açıqlayıb

    Türkiyədə Misir Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də olublar

    Hüquq Bələdçisi - 2025-ci ildə mediasiya sahəsində irəliləyişlər

    "Qərbi Azəri" 20 yaşını qeyd edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.