Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İran müharibə istəmir, amma hər hansı təxribatın cavabı sərt olacaq - Pezeşkian

    4 Noyabr 2025 14:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsi müharibə axtarışında deyil, lakin müdafiə qabiliyyətini gücləndirib və düşmən tərəfindən ediləcək hər hansı bir səhvə dərhal və dağıdıcı cavab veriləcək.

    AzerVoice xəbər verir ki, Pezeşkian bu sözləri bazar ertəsi Tehranda, Kirman vilayətinin qubernatoru və İran parlamentinin nümayəndələri ilə görüş zamanı deyib. Görüşdə ölkənin cənub vilayətindəki problemlər və onların həlli yolları, eləcə də sanksiyalar və xarici təhdidlər müzakirə olunub.

    Pezeşkian bildirib ki, İranın müdafiə imkanları iyun ayında İsrailin ABŞ-ın dəstəyi ilə başladığı 12 günlük müharibədən əvvəlki dövrlə müqayisədə daha da gücləndirilib.

    “İran İslam Respublikası heç bir halda müharibə və qarşıdurma axtarmır. Lakin bu gün müdafiə qabiliyyətlərimiz o dövrlə müqayisə olunmayacaq dərəcədə güclüdür. Əgər düşmən səhv addım atarsa, dərhal və dağıdıcı bir cavabla üzləşəcək.” - deyə Pezeşkian qeyd edib.

    Prezident həmçinin ABŞ və digər Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara toxunaraq, bu məhdudiyyətlərin İran iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edib.

    Onun sözlərinə görə, İran həm artan sanksiyalar, həm də daxili enerji balanssızlığı kimi problemlərlə eyni vaxtda mübarizə aparır. Lakin Pezəşkian vurğulayıb ki, qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi sanksiyaların təsirini azalda bilər.

    “Əgər qonşularımızın imkanlarından düzgün istifadə etsək, sanksiyaları neytrallaşdıra və bunları regional əməkdaşlığı möhkəmləndirmək üçün real fürsətlərə çevirə bilərik.”- deyə Pezeşkian vurğulayıb.

    Prezident həmçinin İslam ölkələrini birliyə çağıraraq, düşmənlərin İranı və digər müsəlman ölkələri zəiflətməyə və parçalamağa çalışdığını bildirib.

    #İran #Məsud Pezeşkian #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Təhdid və təzyiqlər qarşısında geri çəkilməyəcəyik - İran

    15 Noyabr 2025 09:56

    G7-nin İranla bağlı iddiaları beynəlxalq hüquqa ziddir - İran XİN

    14 Noyabr 2025 10:17

    ABŞ və İsrail beynəlxalq hüquq pozuntularına görə cavab verməlidir - İran BMT-yə müraciət etdi

    13 Noyabr 2025 15:21

    İran, Çin və Rusiya MAQATE ilə nüvə məsələlərini müzakirə edib

    12 Noyabr 2025 16:44

    İran və Rusiya səfirləri Bağdadda İraq seçkiləri öncəsi son vəziyyəti müzakirə ediblər

    11 Noyabr 2025 14:08

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 17:00

    Pakistanla sərhəd ticarətinin genişlənməsi təhlükəsizliyi möhkəmləndirəcək - İran

    8 Noyabr 2025 11:55

    İran Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı hərbi təcavüzünü qınayıb

    7 Noyabr 2025 11:49

    Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian

    7 Noyabr 2025 09:20

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin Kocaeli limanı 7 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Azərbaycan nümayəndə heyəti Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

    Yanvar-oktyabr aylarında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

    Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

    9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

    Türkiyədən Özbəkistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Türkiyənin milli futbol komandası Bursada Bolqarıstanla qarşılaşacaq

    Təhdid və təzyiqlər qarşısında geri çəkilməyəcəyik - İran

    İsmayıllıdakı “DOST Evi”nin açılışından 2 il ötür

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.