Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

    4 Noyabr 2025 16:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

    AzerVoice xəbər verir ki, məktubda qeyd olunub:

    "Hörmətli İlham Heydər oğlu.

    Dəyərli qardaşım.

    Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Sizi – əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    Beş il əvvəl doğma Vətəninin əsl fədaisi və sadiq oğlu, görkəmli dövlət və siyasət xadimi olan Sizin kimi müdrik rəhbərin qətiyyəti və cəsarəti sayəsində ölkənizin ərazi bütövlüyü bərpa edilmiş, tarixi ədalət təmin olunmuşdur.

    Bu möhtəşəm hadisə təkcə Azərbaycanın gücünü və böyük potensialını bütün dünyaya aydın şəkildə nümayiş etdirmədi, həm də regionda sülh, qarşılıqlı anlaşma və sabitliyin möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

    Bu məqamda Sizin Cənubi Qafqazda əmin-amanlığın və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl səyləri tam dəstəklədiyimizi bir daha vurğulayıram.

    Son illərdə ölkənizə səfərlərim zamanı Qarabağ bölgəsində müasir infrastrukturun qurulmasının, mədəni irs abidələrinin bərpa edilməsinin, bu ərazilərdə yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinin şahidi oluruq və səmimi bir qardaş kimi bu misilsiz nailiyyətlərdən böyük sevinc hissi keçiririk.

    Hörmətli İlham Heydər oğlu, Sizinlə bu il Azərbaycanın füsunkar Bakı, Xankəndi və Qəbələ şəhərlərində açıq və məhsuldar görüşlərimiz, habelə səmərəli danışıqlar zamanı əldə olunan mühüm razılaşmaların tam icrasının strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimizi tamamilə yeni mərhələyə yüksəldəcəyinə əminəm.

    Əziz dostum, yaxın gələcəkdə Mərkəzi Asiyanın dövlət başçılarının növbəti Məşvərət Görüşündə iştirak etmək üçün Sizin Özbəkistana səfərinizi səbirsizliklə gözləyirəm.

    Ölkənizin həyatındakı bu unudulmaz tarix münasibətilə bir daha səmimi təbriklərimi bildirir, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, rifah və daimi tərəqqi arzulayıram".

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı Krallığının Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    4 Noyabr 2025 17:38

    Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

    4 Noyabr 2025 17:26

    Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Özbəkistana səfərə dəvət edib

    4 Noyabr 2025 17:12

    Prezident İlham Əliyev Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı Sazişi təsdiqləyib

    4 Noyabr 2025 16:42

    Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı: Azərbaycanın elmi və texnoloji inkişaf strategiyasının yol xəritəsi

    4 Noyabr 2025 12:43

    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır

    4 Noyabr 2025 09:43

    Zəfər xronikası. 4 noyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib (VİDEO)

    4 Noyabr 2025 09:09

    Prezident İlham Əliyev: Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır

    3 Noyabr 2025 14:49

    Prezident İlham Əliyev: Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur

    3 Noyabr 2025 14:48

    Prezident İlham Əliyev: Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır

    3 Noyabr 2025 14:47

    Prezident İlham Əliyev: Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır

    3 Noyabr 2025 14:45

    Prezident İlham Əliyev: Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır

    3 Noyabr 2025 14:44
    Demo
    XƏBƏR LENTİ

    Fransa prezidentinin müşaviri Bakıda bir sıra görüşlər keçirib

    Azərbaycan nümayəndə heyəti Rumıniya Parlamentinin Deputatlar Palatasında olub

    Biləsuvarda Zəfərin ruhu adlı foto və rəsm sərgisi keçirilib

    Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub

    Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçiriləcək

    İşğaldan sonra ilk yük qatarı Azərbaycandan keçməklə Ermənistana gedib

    Demirtaş dəstəyi üçün Bahçeliyə təşəkkür edib

    Qəzzada İsrailin zərbələri nəticəsində bir fələstinli həlak olub

    Türkiyə İslam Həmrəyliyi Oyunlarında 212 idmançı ilə iştirak edəcək

    Səudiyyə Ərəbistanı Krallığının Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.