Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Kərrubi İranı Putinə “həddindən artıq sədaqət” göstərməkdə ittiham etdi

    31 Oktyabr 2025 11:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İranın islahatçı lideri Mehdi Kərrubi bəzi parlament üzvlərini Rusiya prezidenti Vladimir Putinə “həddindən artıq sədaqət” göstərməkdə ittiham edib.

    AzerVoice xəbər verir ki, bu bəyanat parlament sədri Məhəmməd Bağır Qalibafın bir neçə gün əvvəl ölkə daxilindəki tərəfləri Rusiya–İran münasibətlərinə “ziyan vurmaq təhlükəsi” barədə xəbərdarlığından sonra səslənib.

    İslahatçı mediada yayılan açıqlamalarında Kərrubi, təhlükəsizlik və hərbi qurumların siyasi və iqtisadi fəaliyyətlərini də tənqid edib. O bildirib ki, “islahatçıların illər əvvəl səsləndirdiyi xəbərdarlıqlar bu gün gerçəkliyə çevrilib”.

    “Bəzi hərbçilər parlamentdə Putinə sədaqət nümayiş etdirmək uğrunda bir-biri ilə yarışırlar.” O, istehza ilə əlavə edib: “Hakimiyyətdə Kommunist Tudeh Partiyası olsaydı belə, ruslara bu qədər həddindən artıq dəstək verməzdi.”-deyə Kərrubi bildirib.

    Kərrubinin bu sözləri Qalibafın sabiq prezident Həsən Ruhani və onun xarici işlər naziri Məhəmməd Cavad Zərifi Tehran–Moskva strateji əlaqələrinə zərər vurmaqda ittiham edən bəyanatlarına cavab xarakteri daşıyır.

    #İran #Rusiya #Vladimir Putin #Həsən Ruhani #Rusiya İran strateji sazişi #İran - Rusiya münasibətləri #Mehdi Kərrubi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkmənistanda Putinlə görüşüb

    12 Dekabr 2025 14:49

    Rusiyanın növbəti hədəfi bizik - Rutte

    12 Dekabr 2025 11:46

    Qazaxıstan və İran hökumətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb

    11 Dekabr 2025 16:31

    Hava çirkliliyi İranda hər il 50 min insanın ölümünə səbəb olur

    11 Dekabr 2025 14:16

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    11 Dekabr 2025 13:49

    İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

    11 Dekabr 2025 12:39

    Pezeşkian və Putin Beynəlxalq Sülh Forumunda danışıqlar aparacaq

    11 Dekabr 2025 12:21

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49

    İranda silahlı hücum nəticəsində 3 mühafizəçi həlak olub

    10 Dekabr 2025 17:52

    İran, Çin və Səudiyyə Ərəbistanı Tehranda üçtərəfli görüşdə regional əməkdaşlığı müzakirə edib

    10 Dekabr 2025 10:40

    Türkiyədən İrana hazır geyim ixracı 22 milyon dolları keçib (ÖZƏL)

    9 Dekabr 2025 15:50

    İran nüvə proqramını davam etdirəcək və MAQATE çərçivələrinə riayət edəcək

    9 Dekabr 2025 14:34
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.