Bakı.AzerVoice
İsrail atəşkəsi pozaraq 6 fələstinlinin həyatına son qoyub.
AzerVoice xəbər verir ki, HƏMAS sözçüsü Hazim Qasım hadisə ilə bağlı açıqlama verib. Açıqlamada bildirib ki, İsrail qüvvələrinin bu səhər Qəzzə sakinlərinə atəş açaraq bir neçə şəxsi öldürməsi, imzalanmış atəşkəs razılaşmasının pozulması deməkdir.
HƏMAS tərəflərə çağırış edərək İsrailin öhdəliklərindən yayınmasına imkan verilməməsini istəyib.
İsrail rəsmi açıqlamasında isə Şucaiyyə məhəlləsində evlərinə qayıdan sivil şəxslərə atəş açıldığı, onların “Sarı xətt” adlanan geri çəkilmə xəttini keçərək İsrail əsgərlərinə yaxınlaşdıqları iddia edilmişdir.
Həmçinin bildirilir ki, Qəzzanın şərqində 6, cənub hissədə isə 1 nəfər ölüb.
Xatırladaq ki, 9 oktyabrda Misirdə İsrail və HƏMAS arasında razılaşdırılmış atəşkəs planının birinci mərhələsi qəbul edilmiş və 10 oktyabrdan etibarən saat 12:00-dən qüvvəyə minmişdi.