BAKI, AzerVoice, Nailə Babazadə
İran Prezidenti Məsud Pezeşkian sabah Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.
AzerVoice xəbər verir ki, səfərdən öncə, sentyabrın 23-də Prezident Pezeşkian İranın yeni tədris ilinin başlanması münasibətilə Tehranda keçiriləcək tədbirdə iştirak edəcək.
Nyu-Yorkda dövlət başçısı sentyabrın 24-də səhər saatlarında BMT Baş Assambleyasının iclasında çıxış edəcək.
Səfər çərçivəsində Pezeşkian müxtəlif ölkələrin dövlət başçıları, BMT Baş katibi, bəzi dairələrin rəhbərləri və Nyu-Yorkda yaşayan iranlılarla görüşlər keçirəcək.
İran Prezidentini bu səfərdə Prezident Administrasiyasının rəhbəri Möhsən Hacı Mirzayi, vitse-prezident Seyyid Mehdi Təbatabai, siyasi məsələlər üzrə müşavir Mehdi Saneyi və Protokol İdarəsinin rəis müavini Seyyid Abbas Musəvi müşayiət edəcək.