Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyənin beynəlxalq qüvvədə rolu İsrail mediasında geniş müzakirə olunub

    10 Dekabr 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail mediasında Qəzza Zolağında yaradılması gündəmdə olan beynəlxalq qüvvə planı və bu çərçivədə Türkiyənin mümkün iştirakı geniş müzakirə olunub.

    AzerVoice xəbər verir ki, İsrail mətbuatında dərc olunan analizlərdə planın regional balanslara təsiri ilə bağlı fərqli yanaşmalar yer alır.

    Dərc olunan məqalələrdə ABŞ administrasiyasının Qəzza üçün nəzərdə tutulan beynəlxalq stabilizasiya qüvvəsinə dair danışıqları, eləcə də Türkiyənin Orta Şərqdə artan diplomatik aktivliyi kontekstində qiymətləndirilib. Haaretz və The Jerusalem Post-da yer alan şərhlərdə, Türkiyənin belə bir qüvvədə iştirakının Vaşinqton və regional aktorlar üçün strateji nəticələr doğura biləcəyi qeyd edilib.

    The Jerusalem Post-a danışan region üzrə israilli analitik Tzvi Yecheskeli, ABŞ–Türkiyə danışıqlarının davam etdiyini və müxtəlif ssenarilərin nəzərdən keçirildiyini bildirib. Analitik, Türkiyə qüvvələrinin mümkün yerləşdirilməsinin regiondakı təhlükəsizlik dinamikalarına təsiri barədə fərziyyələr səsləndirib.

    Haaretz qəzetində dərc olunan başqa bir təhlildə ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına yenidən daxil edilməsi ilə bağlı açıqlamaları və bunun İsrailin regional hava gücü balansına təsiri müzakirə olunub. Nəşr, İsrailli rəsmilərin həm Səudiyyə Ərəbistanının mümkün F-35 alışı, həm də Türkiyənin bu təyyarələrə marağı ilə bağlı qiymətləndirmələrinə yer verib.

    Eyni təhlildə Türkiyənin Misir ilə “Kaan” döyüş təyyarələrinin satışı ilə bağlı danışıqlar aparması da qeyd edilib.

    Haaretz-in başqa bir materialında Tramp–Ərdoğan təmaslarının regiondakı siyasət mövzularına, xüsusən də Suriya məsələsində tərəflərin mövqelərinin yaxınlaşmasına diqqət çəkildiyi bildirilir. Təhlildə Trampın Suriya ilə bağlı Türkiyə siyasətinə müsbət yanaşmasının İsrail siyasi müstəvisində müxtəlif reaksiyalar yaratdığı qeyd olunub.

    Bəzi İsrail mənbələri həmçinin ABŞ Prezidenti Trampın Golan təpələri ətrafında baş verən əməliyyatlara görə İsrail Baş naziri Binyamin Netanyahuya yönəlmiş tənqidi ifadələrinin də daxil olduğu diplomatik gərginliklərdən bəhs edib.

    #İsrail mediasında Qəzza üçün planlanan beynəlxalq qüvvə və Türkiyənin rolu müzakirə olunur #Analizlər: ABŞ–Türkiyə danışıqları regiondakı balanslara təsir edə bilər #İsrail mətbuatında F-35 və regional təhlükəsizlik mövzuları gündəmdə #Израильские СМИ обсуждают возможную роль Турции в международных силах для Газы #Аналитики: консультации США и Турции могут изменить региональный баланс #В израильской прессе активизировались дискуссии о F-35 и региональной безопасности #Israeli media discusses potential Turkish role in planned international Gaza force #Analysts highlight implications of US–Turkey talks for regional dynamics #F-35 program and security concerns emerge in Israeli press analysis #Израильские СМИ анализируют участие Турции в возможной международной миссии в Газе #Israeli press reviews Turkey’s potential role in proposed Gaza stabilization force
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    14 Fevral 2026 09:36

    Türkiyə XİN Avropa Parlamentinin qərarlarına sərt etiraz bildirib

    13 Fevral 2026 21:27

    Ankara Banqladeşdəki seçki nəticələrini yüksək qiymətləndirib

    13 Fevral 2026 19:57

    Ərdoğan və Sudani arasında telefon danışığı olub

    13 Fevral 2026 19:21

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Türkiyə və Liviya təhlükəsizlik məsələlərini müzakirə edib

    13 Fevral 2026 12:57

    İstanbulda çirkli gəlirlərin leqallaşdırılması işi üzrə 16 nəfər saxlanılıb

    13 Fevral 2026 11:19

    Türkiyədə 12 vilayətdə mütəşəkkil cinayət şəbəkələrinə qarşı əməliyyat keçirilib

    13 Fevral 2026 10:04

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    12 Fevral 2026 22:28

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    12 Fevral 2026 19:52

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    12 Fevral 2026 19:01

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38
    XƏBƏR LENTİ

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.