BAKI, AzerVoice, Orxan Qədirzadə
Rusiya ABŞ administrasiyası ilə əlaqələrin davam etdiyini və Vaşinqtonun Ukrayna tərəfi ilə apardığı müzakirələrin nəticələrini gözlədiyini bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlama verib.
Peskov qeyd edib ki, Moskva ilə Vaşinqton arasında daimi təmaslar mövcuddur, lakin bu əlaqələr hazırda ABŞ-ın Kiyev ilə apardığı müzakirələrə yönəlməyib. “Biz həmin müzakirələrin nəticələrini gözləyirik”, – deyə o vurğulayıb.
Kremlin nümayəndəsinin sözlərinə görə, tərəflər arasındakı dialoq mövcud kanallar vasitəsilə davam edir.
Peskov həmçinin Almaniya kansleri Fridrix Mersin Rusiyanın NATO-ya hücum hazırlığı və Rusiyanın SSRİ-ni bərpa etmək istəyi ilə bağlı açıqlamalarına münasibət bildirib. O, bu iddiaları əsassız adlandırıb və Rusiyanın belə planlara malik olmadığını deyib.
Kremlin sözçüsü xatırladıb ki, prezident Vladimir Putin SSRİ-nin bərpasının mümkün olmadığını bir neçə dəfə ifadə edib və bu fikirlərin postsovet məkanındakı tərəfdaş və müttəfiqlərə münasibətdə uyğun və doğru yanaşma olmadığını bildirib.