BAKI, AzerVoice
Çinin avtomobil şirkəti "Geely Automobile Holdings", hələ də ona məxsus olmayan "Zeekr Intelligent Technology Holding Ltd." şirkətinin bütün səhmlərini təxminən 2,4 milyard ABŞ dollarına almaq barədə qərar verib.
AzerVoice xəbər verir ki, iki sözügedən iki şirkət birləşmə sazişi imzalayıb. Sazişə görə, "Geely", "Zeekr" səhmdarlarına səhmlərini satmaq və ya "Geely"nin səhmləri ilə dəyişmək imkanı təqdim edir.
Təklifə əsasən, "Zeekr"in bir adi səhminə 2 687 dollar, ABŞ fond bazarında ticarət olunan hər bir ADS (American Depositary Share) üçün isə 26,87 dollar ödəniləcək. Bu qiymət, 6 may tarixindəki bağlanış dəyərinə nəzərən 18,9 faiz mükafat deməkdir. Alternativ olaraq, səhmdarlar hər "Zeekr" səhmini 1,23 "Geely" səhminə, hər "Zeekr" ADS-ni isə 12,3 "Geely" səhminə dəyişə bilərlər.
"Zeekr"in Direktorlar Şurası bu razılaşmanı təsdiqləyib və səhmdarlara birləşməni dəstəkləməyi tövsiyə edib.
Əməliyyatın cari ilin dördüncü rübündə tamamlanması gözlənilir. Bundan sonra "Geely", "Zeekr"in NYSE-dən (Nyu-York Fond Birjası) çıxarılmasını planlaşdırır.
Qeyd edək ki, "Geely" şirkəti artıq "Zeekr"in 65 faizdən çox səhminə sahibdir və may ayında qalan payları bir səhm üçün 2 566 dollar və ya bir ADS üçün 25,66 dollar qiymətindən almaq cəhdi etmişdi.
Xatırladaq ki, "Zeekr", 2021-ci ilin mart ayında "Geely"dən ayrılmışdı. 2023-cü ildə şirkət IPO (ilkin səhmlərin yerləşdirilməsi) həyata keçirib və "Geely" qrupuna daxil olan başqa bir elektromobil brendi olan "Lynk & Co" ilə birləşdirilib.