Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İsrailin Qəzza işğalı humanitar fəlakət yaradacaq - UNRWA

    29 Avqust 2025 16:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin Qəzza zolağını işğal planının 1 milyona yaxın fələstinlini yenidən məcburi köçkünlük riski ilə üz-üzə qoyacağını xəbərdar edib.

    AzerVoice xəbər verir ki, UNRWA-nın X platformasında yayımladığı açıqlamaya əsasən, İsrailin Qəzza şəhərini işğal etmək planı bölgədəki təxminən 1 milyon fələstinlinin izdihamlı məkanlara sığınmağa məcbur olacağı və humanitar fəlakətə səbəb olacağı bildirilib. Açıqlamada, hücumların aclığı və iztirabları daha da dərinləşdirəcəyi, Qəzzanın “təhlükəli döyüş bölgəsi” elan edilməsi ilə vəziyyətin daha da ağırlaşacağı vurğulanıb.

    İsrail Təhlükəsizlik Kabinetinin avqustun 8-də Qəzza şəhərinin işğalı planını təsdiq etdiyi, Baş nazir Benyamin Netanyahunun isə bütün Qəzza zolağının işğalını hədəflədiklərini açıqladığı qeyd olunub. Plana görə, ilk mərhələdə 1 milyon fələstinli cənuba köçürüləcək, şəhər mühasirəyə alınacaq və intensiv hücumlardan sonra işğal ediləcək. İkinci mərhələdə isə Qəzzanın mərkəzindəki xarabalığa çevrilmiş qaçqın düşərgələrinin işğalı nəzərdə tutulur.

    UNRWA, İsrailin hücumlarının Qəzzada aclıq və humanitar böhranı dərinləşdirəcəyini, insanların izdihamlı və qeyri-insani şəraitdə yaşamağa məcbur qalacağını bildirib. Qəzza zolağı 2005-ci ildən bəri ağır blokada altındadır və 2,3 milyon əhalisi ilə dünyanın ən sıx məskunlaşdığı bölgələrdən biridir. 1967-2005-ci illərdə İsrail tərəfindən işğal edilmiş Qəzza, hazırda yenidən işğal təhlükəsi ilə üz-üzədir.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #BMT #UNRWA #İsrail ordusu #Qəzzada aclıq və səfalət #Qəzza və Fələstin mövqeyi #İsrail və Qəzza münaqişəsi #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15
    XƏBƏR LENTİ

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

    Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.