Əsas səhifə » G7 İranı MAQATE ilə nüvə əməkdaşlığına çağırıb

G7 İranı MAQATE ilə nüvə əməkdaşlığına çağırıb

BAKI, AzerVoice

G7 xarici işlər nazirləri İranı MAQATE ilə əməkdaşlığa çağırıb.

AzerVoice xəbər verir ki, G7 ölkələrinin xarici işlər nazirləri Tehran administrasiyasını nüvə proqramı ilə bağlı “hərtərəfli, yoxlanıla bilən və daimi razılaşma” əldə etmək üçün MAQATE ilə əməkdaşlığa davam etməyə çağırıb.

ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib ki, İran MAQATE-yə ölkədəki bütün nüvə materialları haqqında şəffaf məlumat təqdim etməli və müfəttişlərə sərbəst giriş imkanı verməlidir.

Bəyanatda ABŞ prezidenti Donald Trampın İran və İsrail arasında atəşkəs elanını müsbət qiymətləndirdiyi vurğulanıb, tərəflərə münaqişəni gərginləşdirməmək tövsiyəsi verilib. Həmçinin, Qətərin atəşkəs prosesində oynadığı “vacib rol” təqdir olunub.

Nazirlər İranın nüvə proqramı ilə bağlı danışıqların yenidən bərpasını tələb edərək, Tehranı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) tərəfi kimi qalmağa çağırıblar.

Bəyanatda Yaxın Şərqdə sülh və sabitliyə bağlılıq bir daha vurğulanıb və İsrailin təhlükəsizliyinə dəstək ifadəsi təkrarlanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice