Əsas səhifə » Türkiyədə Dövlət Xəstəxanası Tibbi Cihaz Satın Alacaq

Türkiyədə Dövlət Xəstəxanası Tibbi Cihaz Satın Alacaq

BAKI,AzerVoice

Balıkesirdə yerləşən dövlət xəstəxanası doqquz ədəd Hidrogen Peroksid cihazının alınması üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Cihazlar tenderin nəticələri açıqlandıqdan sonra 12 ay ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 30 iyul 2025-ci il tarixinə qədər "Gaziosmanpaşa Mah. 381. Sk. İzmir Yolu Mevkii No:2 10100 Altıeylül/Balıkesir" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice