Əsas səhifə » Türkiyənin Suriyada əməliyyatları davam edir – Türkiyə MMN

Türkiyənin Suriyada əməliyyatları davam edir – Türkiyə MMN

BAKI, AzerVoice

Son bir həftədə 3 PKK üzvü təslim olub

AzerVoice xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalında sığınacaqlarını tərk edən daha üç PKK terrorçusunun ötən həftə təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.

Nazirlik həmçinin bölgədə həyata keçirilən əməliyyatlar nəticəsində çox sayda silah, sursat və məişət ləvazimatının aşkar edilərək yararsız hala salındığını bildirib.

Milli Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Zeki Aktürk qeyd edib ki, Türk Silahlı Qüvvələri milli təhlükəsizlik və qlobal sabitlik məqsədilə fəaliyyətini bir çox coğrafiyada uğurla davam etdirir. O, sərhəd təhlükəsizliyinə dair son statistikanı da paylaşaraq bildirib ki, son bir həftədə qeyri-qanuni yollarla keçməyə çalışan 203 nəfər saxlanılıb, onlardan biri terror təşkilatı üzvü olub. İlin əvvəlindən bu yana saxlanılanların ümumi sayı 3.083, qarşısı alınanların sayı isə 40.903 nəfərə çatıb.

Suriyada davam edən əməliyyatlar çərçivəsində Tel Rıfat bölgəsində 176 kilometr, Mənbic bölgəsində isə 212 kilometr uzunluğunda tunel məhv edilib.

Bundan əlavə, Somalinin Milli Günü münasibətilə təbriklərini çatdıran Aktürk, Liviyada milli birliyin qurulmasına dəstək məqsədilə həmin ölkənin şərqindən üç hərbi nümayəndə heyətinin iyunun 15-dən 28-dək Türkiyədə təftiş və təlim səfəri keçirdiyini açıqlayıb.

Qeyd edək ki, Liviyada xidmət edən Türkiyə Hava Piyada polkovniki İsmail Haldun Maden 27 iyun tarixində xəstəlik səbəbilə şəhid olub.

Digər Kateqoriyalar

2025 © Azervoice