Əsas səhifə » İyun ayında Türkiyənin dəri ixracı azalıb (ÖZƏL)

İyun ayında Türkiyənin dəri ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 717 milyon 307 min dollara bərabər olub.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 90 milyon 711 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 8,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 1 milyard 494 min 771 dollar məbləğində dəri ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice