BAKI, AzerVoice
İnsult yalnız ani iflic və nitq pozğunluğu ilə deyil, həm də çox vaxt nəzərə alınmayan qeyri-adi simptomlarla da müşahidə oluna bilər.
AzerVoice xəbər verir ki, insult bəzi hallarda adi yorğunluq kimi görünən ilkin əlamətlərlə başlaya bilər.
Xüsusilə insanların stresli günlər və yuxusuzluqla əlaqələndirdiyi ümumi yorğunluq insultun başlanğıc mərhələsi ola bilər.
Baş ağrısı da insultun xəbərçisi ola bilər, lakin migrenə alışmış insanlar bu əlaməti çox vaxt ciddi qəbul etmirlər. Bundan əlavə, huşun çaşması, oriyentasiya pozuntusu və yaddaş problemləri də tez-tez stresə bağlansa da, əslində insultla bağlı ola bilər.
Əgər hıçqırıq ürəkbulanma və başgicəllənmə ilə müşayiət olunursa, bu vəziyyət dərhal tibbi yardım tələb edir.