Əsas səhifə » Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-ya Rusiyanı Kənarlaşdırdığı Üçün Təşəkkür Etdi

Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-ya Rusiyanı Kənarlaşdırdığı Üçün Təşəkkür Etdi

BAKI,AzerVoice

Ukrayna Futbol Assosiasiyası (UFA) Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) Rusiyanı beynəlxalq turnirlərdən uzaqlaşdırdığı üçün təşəkkür edib.

AzerVoice xəbər verir ki, UFA hesab edir ki, Rusiyanın beynəlxalq yarışlara buraxılması idmanın fundamental prinsiplərinə zidd olacaq.

"UFA bu məhdudiyyətin pozulmamasını təmin etmək üçün əlindən gələni etməyə davam edir. Assosiasiya qəti şəkildə inanır ki, Rusiya beynəlxalq yarışlarda iştirak etməməlidir", – deyə bəyanatda bildirilib.

Bundan əvvəl UEFA-nın milli assosiasiyalar departamentinin direktoru Zoran Lakoviç, Rusiyanın idman sahəsindəki sanksiyalarının 2025-ci ildə ləğv edilə biləcəyinə ümid etdiyini bildirmişdi. O, rusların yaşadığı çətinlikləri başa düşdüyünü də qeyd edib.

Xatırladaq ki, 2022-ci ilin mart ayından etibarən Rusiya milli komandaları və klubları FIFA və UEFA-nın sanksiyaları səbəbindən beynəlxalq turnirlərdə iştirak edə bilmir.

Hazırda rus komandaları yalnız yoldaşlıq görüşləri keçirmək imkanına malikdirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice