Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Energetika

    ARDNF və Ərəb Enerji Fondu “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində “PAL Cooling Holding”ə sərmayə yatırıb

    28 Yanvar 2026 15:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”) “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində, “DIF VII” fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb. “TAEF” və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.

    AzerVoice xəbər verir ki, 2025-ci ilin iyununda qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri “CVC”-nin infrastruktur strategiyası olan “CVC DIF” və “Tabreed” dünyanın aparıcı mərkəzləşdirilmiş soyutma şirkətlərindən biri olan “PAL Cooling Holding”in alınması ilə bağlı razılığa gəlib. Beləliklə, “CVC DIF” və “Tabreed” tərəfindən yaradılmış birgə müəssisə vasitəsilə “PAL” şirkəti 50/50 faizlik pay bölgüsü əsasında əldə olunub, sövdələşmənin kapital dəyəri isə təxminən 3,8 milyard BƏƏ dirhəmi təşkil edib.

    “PAL Cooling Holding” Birləşmiş Ərəb Əmirliklərində mərkəzləşdirilmiş soyutma xidmətləri üzrə ikinci ən böyük operatordur. Şirkət orta hesabla 25 il müddətinə qüvvədə olan səkkiz uzunmüddətli konsessiya çərçivəsində fəaliyyət göstərir və 45 mindən çox müştəriyə xidmət edir. “PAL” ölkənin əsas inkişaf zonalarında etibarlı, səmərəli və dayanıqlı soyutma infrastrukturunun qurulmasında mühüm rol oynayır.

    “TAEF” və ARDNF-nin “CVC DIF” ilə birgə əməkdaşlığı kapital imkanları və sahə üzrə dərin təcrübəsi ilə seçilən üç institusional investoru vahid platformada birləşdirərək “PAL”ın əməliyyat dayanıqlığını gücləndirməklə yanaşı, şirkətin uzunmüddətli inkişaf strategiyasının icrasına dəstək verir.

    “Tabreed” isə “CVC DIF” ilə birgə müəssisədə 50 %-lik payını saxlayaraq mərkəzləşdirilmiş soyutma sahəsindəki geniş təcrübəsini layihəyə cəlb edir. 1998-ci ildə təsis edilən “Tabreed” BƏƏ-də bu sahədə fəaliyyət göstərən ilk şirkətlərdən biridir, “Dubai Financial Market”-də listinqdədir və hazırda altı ölkədə 99 obyektə sahib olmaqla onları idarə edir.

    “TAEF”in baş icraçı direktoru Xalid Al-Ruvey bildirib: ““PAL” layihəsi üzrə bu əhəmiyyətli investisiya çərçivəsində “CVC” və Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə tərəfdaşlıq etməkdən məmnunuq. Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinin artırılmasında mühüm rol oynayır və biz əməliyyat baxımından yüksək göstəricilərə malik bir platformaya dəstək veririk. Bu əməkdaşlıq “TAEF”-in uzunmüddətli dəyər və real təsir yaradan keyfiyyətli investisiya platformalarına və tərəfdaşlıqlara yönəlmiş strateji yanaşmasını əks etdirir.”

    ARDNF-nin İcraçı direktorunun müavini Rövşən Cavadov qeyd edib:
    “Bu mühüm layihədə iştirakımız ARDNF-nin Birləşmiş Ərəb Əmirliklərinə və ümumilikdə Körfəz regionuna olan strateji marağının bariz göstəricisidir. Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinə əsaslanan müasir şəhərsalmanın vacib tərkib hissəsidir və bu investisiya transmilli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də strateji tərəfdaşlıqların qurulması ilə bağlı məqsədlərimizə xidmət edir. Etibarlı tərəfdaşlarla birlikdə, regionun daha geniş dayanıqlılıq hədəflərinə töhfə verən konsorsium çərçivəsində Əbu-Dabidə investisiya fəaliyyətimizi genişləndirməkdən məmnunuq.”

    “CVC DIF”-in investisiya üzrə direktoru və partnyoru Allard Ruis bildirib:
    “ARDNF və “TAEF” ilə qurduğumuz bu tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq “CVC”nin regiona, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə olan uzunmüddətli öhdəliyi və ölkə üzrə inkişafı dəstəkləyən bizneslərə investisiya strategiyası ilə tam uzlaşır. “PAL Cooling” yüksək keyfiyyətli investisiya layihəsidir və bütün investorlarımız üçün sabit gəlirlilik təmin etməklə yanaşı, uzunmüddətli artım və dayanıqlı dəyər yaradılması baxımından da əhəmiyyətli potensiala malikdir.”

    Ərəb Enerji Fondu haqqında

    Ərəb Enerji Fondu (“TAEF”) Yaxın Şərq və Şimali Afrika regionunda enerji və kommunal xidmətlər sahəsində fəaliyyət göstərən çoxtərəfli maliyyə institutudur. Fond 1974-cü ildə neft ixrac edən on ərəb ölkəsinin təşəbbüsü ilə təsis edilib. “TAEF” regionun enerji sektorunun inkişafını dəstəkləmək məqsədilə kredit və pay iştirakı alətləri vasitəsilə maliyyələşdirmə həyata keçirir. Fondun fəaliyyəti enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, dayanıqlı enerji həllərinin təşviqinə, eləcə də “MENA” regionunda yerli dəyər zəncirlərinin və xidmətlərin genişləndirilməsinə yönəlib. Fond 35-dən artıq bazarda dövlət və özəl sektorun aparıcı tərəfdaşları ilə əməkdaşlıq edir və enerji dəyər zəncirinin bütün mərhələlərini əhatə edən kompleks maliyyə həlləri təqdim edir. “TAEF” fəaliyyətində ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) prinsiplərini əsas götürür. Ətraf mühit və sosial yönümlü layihələr Fondun 5,8 milyard ABŞ dolları həcmində kredit portfelinin təxminən 20 faizini təşkil edir. Ərəb Enerji Fondu “MENA” regionunda yalnız enerji sektoruna fokuslanan və beynəlxalq kredit reytinqlərinə malik yeganə maliyyə institutudur. Fond “Moody’s” tərəfindən “Aa2”, “Fitch” tərəfindən “AA+”,” S&P” tərəfindən isə “AA-” reytinqləri ilə qiymətləndirilib.

    ARDNF haqqında

    1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.

    “CVC DIF” haqqında

    “CVC DIF” qlobal miqyasda orta bazar seqmentində infrastruktur üzrə fəaliyyət göstərən aparıcı özəl kapital fond meneceridir. 2005-ci ildə təsis olunan və baş ofisi Niderlandın Amsterdam şəhərində yerləşən “CVC DIF” hazırda enerji keçidi, nəqliyyat, kommunal xidmətlər və rəqəmsallaşma sahələrində təxminən 19 milyard avro həcmində infrastruktur aktivlərini idarə edir. 12 ölkədə yerləşən ofislərində 250-dən çox əməkdaşı olan şirkət qlobal fəaliyyətini güclü yerli şəbəkələr, eləcə də sahə üzrə ixtisaslaşmış investisiya imkanları ilə birləşdirən unikal bazar yanaşması təklif edir. “CVC DIF” qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri olan “CVC”-nin infrastruktur strategiyasını təşkil edir. Bu tərəfdaşlıq “CVC DIF”ə “CVC”nin altı qitədə yerləşən 30 ofisi vasitəsilə formalaşmış geniş qlobal platformasından faydalanmaq imkanı yaradır.

    #Azərbaycan #Birləşmiş Ərəb Əmirlikləri #BƏƏ #Azərbaycan Dövlət Neft Fondu #ARDNF investisiyaları #Ərəb Enerji Fondu #PAL Cooling Holding #TAEF #Abu-Dabi investisiyaları #Körfəz regionu enerji layihələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ Prezidenti Moskvaya səfər edəcək

    28 Yanvar 2026 16:22

    Qlobal Əmək Bazarı Konfransında ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramlarına dair məlumat verilib

    28 Yanvar 2026 15:32

    Energetika naziri WPC Energy rəhbərliyi ilə görüşüb

    28 Yanvar 2026 15:26

    Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüş keçirilib

    28 Yanvar 2026 15:05

    Ötən il dövlət büdcəsinin gəlirləri 5%-dən çox icra edilib

    28 Yanvar 2026 15:03

    Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

    27 Yanvar 2026 17:36

    2025-ci ildə 2813 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

    27 Yanvar 2026 17:30

    Süni intellekt ixtisaslarına tələbat artacaq - Dövlət Məşğulluq Agentliyi

    27 Yanvar 2026 17:07

    Sahibə Qafarova Saqr Qobaşla Azərbaycan-BƏƏ parlamentlərarası əməkdaşlığı müzakirə edib

    27 Yanvar 2026 16:36

    Paytaxtda yeni parklanma yerləri təşkil edilib

    27 Yanvar 2026 14:09

    Dövlət Məşğulluq Agentliyi 2026-cı il üçün hədəflərini açıqlayıb

    27 Yanvar 2026 13:43

    Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var

    27 Yanvar 2026 13:19
    Demo
    XƏBƏR LENTİ

    QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə çatıb

    BƏƏ Prezidenti Moskvaya səfər edəcək

    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb

    Ceyhun Bayramov Van İ ilə Azərbaycan-Çin strateji tərəfdaşlığını müzakirə edib

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    Keçən il Türkiyədən Fransadan tekstil ixracı 133 milyon dolları keçib (ÖZƏL)

    ARDNF və Ərəb Enerji Fondu “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində “PAL Cooling Holding”ə sərmayə yatırıb

    Qlobal Əmək Bazarı Konfransında ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramlarına dair məlumat verilib

    Energetika naziri WPC Energy rəhbərliyi ilə görüşüb

    Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.