Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ ordusu strategiyasını dəyişir: əsas prioritet daxili təhlükəsizlik və Çin olacaq

    24 Yanvar 2026 18:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ Müdafiə Nazirliyi 2026-cı il üçün Milli Müdafiə Strategiyasını açıqlayaraq hərbi prioritetlərdə köklü dəyişiklik etdiyini bəyan edib.

    AzerVoice xəbər verir ki, yeni strategiyaya əsasən ABŞ ordusu əsas diqqəti ölkə daxilində təhlükəsizliyin təmin edilməsinə və Çinin hərbi-siyasi təsirinin qarşısının alınmasına yönəldəcək. Sənəddə Avropa və digər regionlardakı müttəfiqlərə verilən dəstəyin “daha məhdud” olacağı açıq şəkildə qeyd olunub və bu ölkələrin öz müdafiə məsuliyyətlərini əsasən öz üzərlərinə götürməli olduqları vurğulanıb.

    Pentagonun sənədində bildirilir ki, ABŞ qüvvələri Hind-Sakit okean bölgəsinə və daxili müdafiəyə fokuslandığı bir vaxtda, digər bölgələrdəki tərəfdaşlar yalnız “məhdud, lakin kritik” dəstək alacaq. Bu yanaşma əvvəlki administrasiyanın siyasətindən ciddi şəkildə fərqlənir.

    Yeni strategiyada Çinlə münasibətlərdə “hörmətə əsaslanan yanaşma” tövsiyə olunur, Rusiya isə NATO-nun şərq cinahına təsir göstərən “davamlı, lakin idarəolunan təhlükə” kimi xarakterizə edilir. Sənəddə Tayvan məsələsinə ümumiyyətlə toxunulmaması diqqət çəkir.

    Strategiyada sərhəd təhlükəsizliyi xüsusi ön plana çıxarılır. ABŞ administrasiyası əvvəlki hökuməti sərhəd nəzarətinə lazımi diqqət yetirməməkdə ittiham edərək, bunun qeyri-qanuni miqrasiyanın və narkotik dövriyyəsinin artmasına səbəb olduğunu bildirir. Sənəddə sərhədlərin qorunmasının milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğu vurğulanır.

    Bundan əlavə, 2026-cı il strategiyasında iqlim dəyişikliklərinin təhlükə kimi qeyd edilməməsi də diqqət çəkir. ABŞ-ın diqqət mərkəzində olan digər region isə Latın Amerikasıdır. Pentagon bu bölgədə ABŞ-ın hərbi üstünlüyünün bərpa ediləcəyini və bunun Qərb yarımkürəsində strateji mövqelərin qorunmasına xidmət edəcəyini açıqlayıb.

    #ABŞ ordusu yeni strategiyada Çin və daxili təhlükəsizliyi önə çəkdi #Pentagon müttəfiqlərə hərbi dəstəyi məhdudlaşdırır #ABŞ-ın 2026 müdafiə strategiyası açıqlanıb #Vaşinqton qlobal hərbi öhdəliklərini yenidən nəzərdən keçirir #ABŞ ordusu prioritetlərini dəyişir #Yeni strategiya: ABŞ sərhədləri milli təhlükəsizlik elan etdi #ABD ordusu Çin ve iç güvenliği öncelik yaptı #Pentagon müttefiklere desteği azaltıyor #ABD 2026 savunma stratejisini açıkladı #Washington askeri önceliklerini değiştiriyor #ABD ordusundan yeni küresel yaklaşım #Yeni stratejide sınır güvenliği öne çıktı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kanadanın Çinlə saziş bağyalacağı təqdirdə, 100 faiz rüsum tətbiq ediləcək - Tramp

    24 Yanvar 2026 19:31

    Fransız deputat Parisi SDQ terror təşkilatına dəstək verməyə çağırıb

    24 Yanvar 2026 19:02

    ABŞ ordusu strategiyasını dəyişir: əsas prioritet daxili təhlükəsizlik və Çin olacaq

    24 Yanvar 2026 18:42

    Rusiya və Çin Qrenlandiyada təhlükə yaratmır - ABŞ

    24 Yanvar 2026 16:24

    ABŞ İtaliyadan Qəzza münaqişəsinin həllində kömək istəyib

    24 Yanvar 2026 15:52

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    24 Yanvar 2026 15:00

    İraq Avropa ölkələrini İŞİD üzvlərini geri almağa çağırıb

    24 Yanvar 2026 09:35

    Bilal Ərdoğan da daxil olmaqla 29 Türkiyə vətəndaşının ölkəyə girişi qadağan edilib - İsrail mediası

    24 Yanvar 2026 09:18

    Hakan Fidan Davosda imza mərasimində şəxsi qələmindən istifadə etməsinin səbəbini açıqlayıb

    24 Yanvar 2026 09:00

    Vaşinqton Livanda üçtərəfli komitə modelinin yaradılması üçün israr edir

    24 Yanvar 2026 04:00

    Karninin ABŞ-ı tənqidindən sonra Tramp Kanadanı “Sülh Şurası”ndan kənarlaşdırıb

    24 Yanvar 2026 02:00

    ABŞ İran neftini daşıyan gəmilərə və şirkətlərə sanksiyalar tətbiq edib

    23 Yanvar 2026 21:58
    Demo
    XƏBƏR LENTİ

    Kanadanın Çinlə saziş bağyalacağı təqdirdə, 100 faiz rüsum tətbiq ediləcək - Tramp

    Fransız deputat Parisi SDQ terror təşkilatına dəstək verməyə çağırıb

    ABŞ ordusu strategiyasını dəyişir: əsas prioritet daxili təhlükəsizlik və Çin olacaq

    İkinci Dünya müharibəsindən sonra qurulan qlobal nizam çatlayır - Ərdoğan

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    Rusiya və Çin Qrenlandiyada təhlükə yaratmır - ABŞ

    “Napoli”nin hücumçusu Lorenzo Lukka “Nottingem Forest”ə icarəyə verilib

    ABŞ İtaliyadan Qəzza münaqişəsinin həllində kömək istəyib

    Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.