Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Almaniyada bank seyflərindən 105 milyon dollara yaxın vəsait oğurlanıb

    2 Yanvar 2026 18:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVocie, Orxan Qədirzadə

    Almaniyanın Gelsenkirchen şəhərində yerləşən pərakəndə bank filialından 105 milyon dollara yaxın vəsait oğurlanıb.

    AzerVocie-un məlumatına görə Alman polisi bildirib ki, oğurluq Sparkasse bankına məxsus seyf bölməsindən edilib.

    Məlumata görə, cinayətkarlar Yeni il tətili ilə əlaqədar bankın bağlı olduğu vaxtdan istifadə edərək, binanın yaxınlığında yerləşən parkinqdən bankın daxili hissəsinə daxil olublar. Böyük ölçülü sənaye tipli burğu vasitəsilə bankın qalın beton divarını deşən şəxslər yeraltı seyf otağına keçid əldə ediblər.

    Daha sonra təxminən 3 min seyf qutusu zorla açılaraq içərisindəki dəyərli əşyalar götürülüb.

    Bank rəhbərliyinin açıqlamasına görə, 3 250 müştəriyə məxsus seyf qutusunun 95 faizindən çoxu naməlum şəxslər tərəfindən sındırılıb.

    “Ocean’s Eleven” tipli soyğun

    Polis nümayəndəsi hadisəni Ocean’s Eleven filminə bənzədərək soyğunun “son dərəcə peşəkar şəkildə” icra edildiyini bildirib.

    “Bu əməliyyatın planlaşdırılması və həyata keçirilməsi üçün yüksək səviyyəli kriminal təşkilatlanma tələb olunub,” – deyə polis rəsmisi açıqlamasında deyib.

    Polisin məlumatına əsasən, soyğun bazar ertəsi günü bankda yanğın siqnalizasiyasının işə düşməsindən sonra aşkar edilib. Lakin oğurluğun dəqiq olaraq hansı tarixdə törədildiyi hələlik müəyyən edilməyib.

    Almaniyanın dpa xəbər agentliyi yazır ki, bu hadisə Almaniya tarixində qeydə alınmış ən böyük bank soyğunları siyahısına daxil ola bilər.

    Hazırda istintaq tədbirləri davam etdirilir, şübhəli şəxslərin kimliyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

    #Noel tatilinde suç olayı #Alman polisi soruşturma #Almaniyada bank soyğunu #Gelsenkirchen bank oğurluğu #Sparkasse bank seyfləri #Almaniyada iri maliyyə cinayəti #bank seyf qutularının sındırılması #Avropada bank oğurluqları #Yeni il günlərində cinayət hadisəsi #Almaniya polisinin araşdırması #böyük məbləğdə pul oğurluğu #bank təhlükəsizliyi Almaniya #Almanya banka soygunu #Gelsenkirchen banka vurgunu #Sparkasse kasa hırsızlığı #Almanya’da büyük mali suç #105 milyon dolarlık banka soygunu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq Səddam Hüseyndən sonra: diktaturadan “Frankenşteyn dövlətinə” doğru

    2 Yanvar 2026 18:29

    Almaniyada bank seyflərindən 105 milyon dollara yaxın vəsait oğurlanıb

    2 Yanvar 2026 18:11

    İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

    2 Yanvar 2026 16:26

    Səudiyyə Ərəbistanı Yəmənə hava hücumları həyata keçirib

    2 Yanvar 2026 13:47

    Trampdan İrana sərt bəyənat - Silahlarımız hazırdır, İran dinc etirazçılara zor tətbiq edərsə, müdaxilə ediləcək

    2 Yanvar 2026 12:30

    Venesuela narkotik qaçaqmalçılığı ilə mübarizə üçün ABŞ ilə dialoqa hazırdır - Maduro

    2 Yanvar 2026 11:13

    ABŞ və İsrail Qəzza üzrə atəşkəsin ikinci mərhələsi barədə razılığa gəldi

    2 Yanvar 2026 10:38

    2026-cı ildə hansı ölkələrdə seçkilər keçiriləcək?

    2 Yanvar 2026 04:00

    İsrailin QHT-lərə tətbiq etdiyi qadağalar beynəlxalq səviyyədə kəskin qınağa səbəb olur

    1 Yanvar 2026 22:14

    Afrika ölkələri ABŞ vətəndaşlarının girişinə qadağa tətbiq edəcək

    1 Yanvar 2026 20:58

    Britaniyada aclıq aksiyası keçirən “Palestine Action” təşkilatının üzvü olan məhbuslar kimlərdir?

    1 Yanvar 2026 20:36

    Somaliland İsrail bazalarının yerləşdirilməsi və fələstinlilərin köçürülməsi ilə bağlı iddiaları təkzib edib

    1 Yanvar 2026 20:07
    Demo
    XƏBƏR LENTİ

    Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

    İraq Səddam Hüseyndən sonra: diktaturadan “Frankenşteyn dövlətinə” doğru

    Almaniyada bank seyflərindən 105 milyon dollara yaxın vəsait oğurlanıb

    Cem Yılmaz: Modern Molla Nəsrəddin fenomeni

    İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

    Netanyahunun etdikləri cavabsız qalmayacaq - Ərdoğan

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vayra Vike-Freyberqaya başsağlığı veriblər

    Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə tam dəstək göstərib - Hikmət Hacıyev

    Keçən ilin noyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracı 8 milyard dolları keçib (ÖZƏL)

    Qambiya sahillərində miqrant qayığı aşıb, ölənlər var

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.