Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Qambiya sahillərində miqrant qayığı batıb, ölənlər var

    2 Yanvar 2026 14:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice, Nailə Babazadə

    Qambiya sahillərində təxminən 200 miqrantı daşıyan qayığın aşması nəticəsində azı 7 kişi həyatını itirib, çox sayda şəxs isə dənizdə itkin düşüb.

    AzerVoice xəbər verir ki, Rəsmilərin verdiyi məlumata görə, Avropaya çatmağa çalışan miqrantları daşıyan qayıq çərşənbə gecə yarısı Şimal Sahili Bölgəsində, Cinak (Jinack) kəndi yaxınlığında aşıb.

    Qambiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, hadisədən sonra qayıq qum sahilində oturmuş vəziyyətdə aşkarlanıb. İspaniyanın Kanar adalarına doğru yola çıxan qayıqdakı sərnişinlərdən indiyədək 96 nəfər xilas edilib. İtkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.

    Nazirlik hadisədən sonra Qambiya Hərbi Dəniz Qüvvələrinin bir neçə gəmi və köməyə gələn balıqçı qayığı ilə genişmiqyaslı xilasetmə əməliyyatı başlatdığını açıqlayıb.

    Rəsmilər qurbanlardan bəzilərinin Qambiya vətəndaşı olmadığını, şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildiriblər. Boğularaq ölən 7 nəfərin cəsədi tapılıb, xilas edilənlərdən 10-nun vəziyyətinin ağır olduğu və təcili tibbi yardım aldıqları qeyd olunub.

    Qərbi Afrikadan olan miqrantlar və sığınacaq axtaran şəxslər Avropaya, xüsusilə Kanar adaları vasitəsilə çatmaq üçün getdikcə daha çox Qambiyanı çıxış nöqtəsi kimi seçirlər. Atlantik okeanı üzərindən keçən bu marşrut miqrantlar üçün ən təhlükəli yollardan biri hesab olunur.

    Avropa İttifaqının son illərdə qeyri-qanuni miqrasiyanı azaltmaq məqsədilə bəzi Şimali Afrika ölkələri ilə razılaşmalar imzalaması miqrantları daha uzun və riskli olan Atlantik marşrutuna yönəldib.

    Məlumata görə, 2024-cü ildə təxminən 47 min nəfər Kanar adalarına çatmağa müvəffəq olub. “Caminando Fronteras” adlı vətəndaş cəmiyyəti təşkilatının məlumatına əsasən isə bu təhlükəli səfər zamanı 9 mindən çox miqrant həyatını itirib.

    #Qambiya #Atlantik Okeanı #xilasetmə əməliyyatı #miqrant qayığı #miqrant faciəsi #Avropa miqrant yolu #qeyri-qanuni miqrasiya #miqrant qəzaları #təhlükəli miqrasiya marşrutu #Qambiya sahillərində miqrant qayığı aşıb
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Virat" tankeri Türkiyə sahilləri yaxınlığında dron hücumuna məruz qalıb

    29 Noyabr 2025 14:33

    Türkiyə 18 ölkənin siyasi partiyaları ilə əməkdaşlıq memorandumu imzalayıb

    18 Sentyabr 2025 15:56

    ABŞ-da Erin qasırğası ilə bağlı fövqəladə vəziyyət elan edilib

    21 Avqust 2025 11:13

    İslandiyada paytaxt yaxınlığında vulkan püskürüb

    16 İyul 2025 12:50

    İndoneziyada daş ocağının çökməsi nəticəsində 14 nəfər ölüb

    31 May 2025 12:02

    Dominikan Respublikasında faciənin miqyası böyüyür

    14 Aprel 2025 11:03

    Koma Nədir?

    13 Aprel 2025 18:30

    Titanikə dair yeni faktlar açıqlanıb

    13 Aprel 2025 16:00

    Dominikan Respublikasında 3 günlük matəm elan olunub

    10 Aprel 2025 11:11

    Türk dili Qambiya universitetinin tədris proqramına daxil edilir

    27 Fevral 2025 13:51

    Qambiyalı əsgərlər Türkiyədə təhsil almaq üçün türkcə öyrənir

    26 Fevral 2025 16:04

    Qambiya və Türkiyə arasında ikitərəfli münasibətlər genişlənir

    20 Fevral 2025 14:16
    XƏBƏR LENTİ

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Yanvarda Azərbaycandan Ermənistana ixrac olunan məhsulların ümumi dəyəri açıqlandı

    Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib

    Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

    Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.