Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Rusiya üçün döyüşən serb millətçilər Balkanlarda yeni münaqişəyə hazırlaşır - The Telegraph

    16 Dekabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Britaniyanın The Telegraph qəzeti Balkan yarımadasında 1990-cı illərin müharibələrindən sonra formalaşan yeni nəsil serb millətçilərinin regionda yeni silahlı qarşıdurmalara hazırlaşdığını iddia edib.

    AzerVoice xəbər verir ki, nəşrin yazdığına görə, Ukraynada Rusiya tərəfdən döyüşdüyünü bildirən bəzi serb millətçiləri Balkan yarımadasında - xüsusilə Kosovo və Bosniya və Herseqovinada - gələcək münaqişələr üçün ideoloji və təşkilati zəmin formalaşdırır.

    Qəzet Ukrayna müharibəsində iştirak etdiyini iddia edən serb millətçilərinin sosial şəbəkə hesablarını təhlil edərək bildirib ki, yüzlərlə serb könüllü Rusiya ilə əlaqə qurmaq və onun dəstəyini qazanmaq məqsədilə münaqişə zonalarına yollanıb. İddialara görə, bu qruplar Kosovo və Bosniya və Herseqovinanı “geri almaq” ideyasını açıq şəkildə təbliğ edirlər.

    The Telegraph qeyd edir ki, bəzi serb döyüşçülərin Ukraynaya maddi qazanc qarşılığında getdiyi iddia olunur. Nəşr xatırladır ki, 1992-1995-ci illərdə Bosniya və Herseqovinada, 1998–1999-cu illərdə isə Kosovoda baş vermiş müharibələr zamanı on minlərlə insan həlak olub və bu cür ritorikanın yenidən gündəmə gəlməsi regionda ciddi narahatlıq yaradır.

    Xəbərdə Serb millətçisi Darko Ristiçin sosial şəbəkə paylaşımlarına istinad edilərək, onun Ukraynadakı “missiyalar” başa çatdıqdan sonra serblərin “özlərinə məxsus olanı geri almaq” üçün mübarizəyə başlayacaqları ilə bağlı çağırışlar səsləndirdiyi iddia olunur.

    Məqalədə bildirir ki, gənc serblər arasında millətçi duyğular məqsədli şəkildə qızışdırılır. Onların sözlərinə görə, bu dairələrdə Rusiyanın gələcəkdə “borcunu ödəyərək” “Böyük Serbiya” ideyasının reallaşmasına yardım edəcəyinə dair geniş yayılmış inanc mövcuddur.

    The Telegraph həmçinin yazır ki, sözügedən millətçi qrupların sosial mediada ciddi izləyici auditoriyası formalaşıb ki, bu da radikal ideyaların region daxilində yayılmasını sürətləndirə bilər.

    #Balkanlarda təhlükəsizlik riski #serb millətçiləri #Rusiya–Ukrayna müharibəsində könüllülər #Kosovo və Bosniya məsələsi #radikal millətçi qruplar #Böyük Serbiya ideologiyası #regional sabitlik Balkanda #Serbian nationalists fighting for Russia #Balkans security tensions #Ukraine war foreign fighters #Kosovo and Bosnia tensions #nationalist radicalization Balkans #Greater Serbia ideology #Russian influence in the Balkans #Telegraph Balkans report #Балканы и угроза конфликта #участие сербов в войне на Украине
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ–Suriya antiterror koordinasiyası strateji zərurətə çevrilir

    16 Dekabr 2025 04:00

    Rusiya üçün döyüşən serb millətçilər Balkanlarda yeni münaqişəyə hazırlaşır - The Telegraph

    16 Dekabr 2025 02:00

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    15 Dekabr 2025 22:29

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    15 Dekabr 2025 21:34

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    15 Dekabr 2025 20:52

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    15 Dekabr 2025 20:31

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    15 Dekabr 2025 20:04

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    15 Dekabr 2025 19:28

    Qəzzanın bərpası üçün 70 milyard dollar tələb olunur

    15 Dekabr 2025 12:53

    Bu gün ABŞ İraqdakı müharibənin başa çatdığını elan etdi

    15 Dekabr 2025 00:10

    Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD-ə qarşı əməliyyat keçirilir

    14 Dekabr 2025 22:32

    Ukrayna qoşunların təmas xəttində atəşkəsin tərəfdarıdır - Zelenski

    14 Dekabr 2025 18:54
    Demo
    XƏBƏR LENTİ

    Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verilib

    Trabzon hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

    Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb

    Əsəd və ailəsi Rusiyada lüks, lakin təcrid olunmuş həyat sürür

    Azərbaycan XİN Bəhreyni Milli Günü münasibətilə təbrik edib

    “Barselona” Yulian Ruersonun transferində maraqlıdır

    Biz Ukraynadakı müharibənin yenidən başlamasını istəmirik - Tramp

    Bu gün Hitler qadınları uşaq dünyaya gətirməyə məcbur edən medalı təsis etdi

    ABŞ–Suriya antiterror koordinasiyası strateji zərurətə çevrilir

    Rusiya üçün döyüşən serb millətçilər Balkanlarda yeni münaqişəyə hazırlaşır - The Telegraph

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.