Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Biz Ukraynadakı müharibənin yenidən başlamasını istəmirik - Tramp

    16 Dekabr 2025 09:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp Ukrayna–Rusiya müharibəsi ilə bağlı Avropa liderləri ilə genişmiqyaslı görüşlər keçirdiyini bildirərək, diplomatik prosesin “ehtiyatlı, lakin müsbət” istiqamətdə irəlilədiyini deyib.

    AzerVoice xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp təxminən bir saat əvvəl Avropa liderləri ilə apardığı danışıqlara toxunub.

    “Rusiya və Ukrayna arasındakı müharibənin də müzakirə olunduğu çox yaxşı bir görüş keçirdik. Görüş uzun çəkdi. İşlər yaxşı gedirmiş kimi görünür, lakin bunun çətin bir proses olduğunu da bilirik.” - deyə Tramp qeyd edib.

    Ukrayna Prezidenti Volodimir Zelenski ilə də uzun bir telefon danışığı apardığını qeyd edən Tramp Almaniya, İtaliya, NATO, Finlandiya, Fransa, Böyük Britaniya, Polşa, Norveç, Danimarka və Niderland liderləri ilə “çox uzun və çox yaxşı” təmaslar qurduğunu ifadə edib.

    ABŞ Prezidenti Tramp Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərinin Avropa ilə birlikdə formalaşdırıldığını vurğulayıb.

    “Avropa bu prosesin böyük bir hissəsi olacaq. Müharibənin yenidən başlamaması üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirik. Müharibənin təkrar başlamasını istəmirik.” - deyə Tramp vurğulayıb.

    Trampın bu açıqlamaları ABŞ-li rəsmilərin Berlində aparılan təmaslar zamanı Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər güclü təhlükəsizlik zəmanətlərini ehtiva edən bir “sülh paketi” üzərində mühüm irəliləyiş əldə edildiyini açıqlamasından sonra səsləndirilib. Rəsmilər bu zəmanətlərin məhdud müddət üçün nəzərdə tutulduğunu və yekun razılaşma əldə olunacağı təqdirdə paketin ABŞ Senatına təqdim ediləcəyini bildiriblər.

    ABŞ Prezidenti Trampın Ukrayna sülh danışıqlarını aparmaqla vəzifələndirdiyi xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner son iki gündür Almaniyanın paytaxtı Berlində Ukrayna və Rusiya arasında razılaşma əldə olunması məqsədilə müxtəlif görüşlər keçirirlər.

    Danışıqlarla bağlı jurnalistlərə məlumat verən ABŞ-li bir rəsmi bildirib ki, NATO müqaviləsinin üzv ölkələrdən birinə edilən silahlı hücumun bütün üzvlərə edilmiş sayıldığı 5-ci maddəsinə bənzər bir təminatın Ukraynaya da verilməsi nəzərdə tutulur.

    Gözlənilir ki, ABŞ danışıqlar heyətinin Avropalı tərəfdaşlarla görüşlərindən sonra formalaşan “sülh paketi” layihəsinin son variantı gələn həftə Prezident Trampa ətraflı şəkildə təqdim olunsun.

    #Donald Tramp #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Rusiya-Ukrayna müharibəsi #Trampın iddiaları #Rusiya-Ukrayna müharibəsinin sonu #Trampın Avropa siyasəti #Tramp və Zelenski qarşıdurması #Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması #Ukrayna Rusiya müharibəsində vasitəçi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    ABŞ-da Rümeysa Öztürkün deportasiya prosesi dayandırılıb

    10 Fevral 2026 10:27

    Dünyada lağ obyektinə çevrilmişik - Tramp

    9 Fevral 2026 11:06
    XƏBƏR LENTİ

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.