Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Honkonqda baş verən yanğında ölənlərin sayı 94-ə çatıb

    28 Noyabr 2025 10:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Çinin Honq Konq Xüsusi İnzibati Regionunun Tai Po bölgəsində 8 binadan ibarət yaşayış kompleksində baş verən yanğında həlak olanların sayının 94-ə yüksəldiyi bildirilib.

    AzerVoice xəbər verir ki, Honq Konq Yanğınsöndürmə Xidmətinin məlumatına görə, yanğında indiyədək biri yanğınsöndürən olmaqla 94 nəfər həyatını itirib, 11-i yanğınsöndürən olmaqla 76 nəfər yaralanıb.

    Təxminən 4 min nəfərin yaşadığı bildirilən komplekdə yanğının söndürülməsi üzrə işlərin 40 saatdan artıqdır davam etdiyi qeyd olunub.

    Axtarış-xilasetmə işlərini davam etdirən yanğınsöndürənlərin, komplekdən gələn 25 yardım çağırışına hələ də çata bilmədikləri açıqlanıb.

    Tai Po rayonunda 1900-dən çox mənzilin olduğu Vanq Fuk Sitesində 26 noyabrda günorta saatlarında başlayan yanğın, binaların təmiri üçün xarici fasadlara quraşdırılmış bambuk iskələlərin və yanıcı izolyasiya materiallarının alışması nəticəsində sürətlə yayılmışdı.

    Polis rəsmiləri yanğınla bağlı təmir işlərini aparan tikinti şirkətinin iki meneceri və bir məsləhətçi mühəndis olmaqla 3 nəfərin “ehtiyatsızlıqdan ölümlə nəticələnən vəziyyətə səbəb olmaq” ittihamı ilə saxlanıldığını bildirib.

    Honq Konqda yanğınların şiddətinə görə tətbiq edilən 5 pilləli dərəcələndirmə sistemində, 17 ildən sonra ilk dəfə 5-ci səviyyə siqnalı verilib.

    Hadisə, Honq Konqda son 70 ildə ən çox can itkisinə səbəb olan yanğın kimi qeydə alınıb.

    #yanğın #Çin #yanğın xəbərdarlığı #Honq Konq yanğın #Honq Konqda yaşayış kompleksi yanğın #Hong Kong 5-ci səviyyə yanğın #Hong Kong bina yanğını #Yanğınsöndürmə əməliyyatları #Yaralıların vəziyyəti #Ehtiyatsızlıqdan ölüm #40 saat davam edən yanğın
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NATO Rusiya gəmilərini PUA-lar ilə izləməyə başlayıb

    31 Yanvar 2026 11:08

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

    30 Yanvar 2026 09:09

    Çin Myanmada yerləşən dəstələrlə əlaqəsi olan 11 cinayətkarı edam edib

    29 Yanvar 2026 12:30

    Fransada 15 yaşdan aşağı şəxslərə sosial media qadağan olundu

    27 Yanvar 2026 13:26

    Keçən il Türkiyədən Çinə tekstil ixracı azalıb (ÖZƏL)

    25 Yanvar 2026 11:00

    Rusiya və Çin Qrenlandiyada təhlükə yaratmır - ABŞ

    24 Yanvar 2026 16:24

    Keçən il Türkiyədən Çinə xalça ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    23 Yanvar 2026 17:17

    Əsas məsələ Ukraynadır, Qrenland deyil - Rutte

    21 Yanvar 2026 16:56

    Pekin Tehrana dəstək mesajı verdi

    15 Yanvar 2026 17:12

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    Keçən il Türkiyədən Çinə mebel ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    13 Yanvar 2026 12:49

    İngiltərə Avropa ölkələri ilə birləşərək Qrenlandiyanı qorumaq üçün hərəkətə keçib

    12 Yanvar 2026 16:00
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Klaus Fuksun Sovetlərə atom bombası məlumatlarını ötürdüyü üzə çıxdı

    Tarixdə bu gün - 2 fevral

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.