Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Zelenskinin administrasiya rəhbəri genişlənən korrupsiya araşdırmaları fonunda istefa verib

    28 Noyabr 2025 22:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Ukrayna Prezidenti Vladimir Zelenski cümə günü administrasiya rəhbəri Andrey Yermakın istefasını qəbul edib. Anti-korrupsiya qurumları səhər saatlarında Yermakın yaşayış yerində axtarış aparıb.

    AzerVoice xəbər verir ki, Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (SAPO) tərəfindən aparılan axtarışlar Ukrayna hökumətində misilsiz addım kimi qiymətləndirilir. Yermak uzun illərdir Zelenskinin ən yaxın siyasi tərəfdaşlarından biri olub və Rusiya ilə ABŞ arasında aparılan danışıqlarda əsas fiqur kimi çıxış edib.

    Yermakın sözçüsü Oleksiy Tkaçuk bildirib ki, axtarışlara baxmayaraq, Yermaka rəsmi şübhəli şəxs qismində bildiriş təqdim edilməyib. Onun sözlərinə görə, Yermaka axtarışların hansı işlə bağlı olduğu barədə məlumat verilməyib. Yermak da Telegram hesabında yazıb ki, istintaq orqanları ilə tam əməkdaşlıq edir və hüquqşünasları prosesdə iştirak edir.

    NABU və SAPO hazırda 100 milyon dollarlıq enerji sektoru korrupsiya işi üzrə genişmiqyaslı istintaq aparır. Son həftələr ölkə gündəmini zəbt edən bu araşdırma çərçivəsində iki nazir istefa verib. İstintaqın əsas fiquru kimi keçmiş iş adamı və Zelenskinin bir vaxtlar biznes tərəfdaşı olmuş Timur Mindıç göstərilir. O, ölkəni tərk edib və iş üzrə mümkün məhkəmə prosesi onun barəsində qiyabi aparıla bilər.

    Axtarışların enerji sektoru işi ilə bağlı olub-olmadığı dəqiqləşdirilməyib. NABU sözçüsü Anton Tatarnikov hüquqi səbəbləri əsas gətirərək məlumat verməkdən imtina edib.

    Avropa Komissiyasının rəsmisi Qiyom Mersye yerli mediaya bildirib ki, Brüssel prosesləri diqqətlə izləyir və axtarışların Ukraynanın korrupsiyaya qarşı mübarizə mexanizmlərinin işlək olduğunu göstərdiyini vurğulayıb. O, korrupsiyaya qarşı mübarizənin ölkənin Aİ-yə üzvlük yolunda əsas şərtlərdən biri olduğunu xatırladıb.

    Yermakın bir neçə keçmiş müavini — Oleq Tatarov və Rostislav Şurma — 2024-cü ildə maliyyə xarakterli araşdırmalardan sonra vəzifələrini tərk etmişdi. Digər müavin Andrey Smırnov isə rüşvət iddiaları ilə bağlı araşdırılsa da, hələ də Yermakla işləyir.

    Enerji sektoru işi Zelenski üçün əlavə təzyiqlər yaradıb. ABŞ-ın Rusiya ilə sülh sazişinin imzalanmasına çağırışı fonunda Kiyev həm xarici, həm də daxili siyasi təzyiq altındadır. Ayın əvvəlində Zelenskinin partiyasının bir qrup deputatı Yermakın istefasını tələb edərək, məsuliyyəti onun daşıdığını bildirmişdi. Bəzi millət vəkilləri xəbərdarlıq etmişdi ki, əgər prezident Yermakı vəzifədən uzaqlaşdırmasa, fraksiya parçalanma riski ilə üzləşə bilər.

    Prezident isə ölkənin müharibə şəraitində daxili çəkişmələrdən uzaq durmalı olduğunu bəyan edərək, “siyasi oyunları dayandırmağa” çağırıb.

    Zelenski ilə tanışlığı 15 il əvvələ gedib çıxan Yermak 2020-ci ilin fevralında administrasiya rəhbəri təyin olunmuşdu. 2022-ci ildə Rusiya müharibəsi başlayandan bəri bütün xarici səfərlərdə prezidentə müşayiətçi kimi qatılıb və onun ən güvəndiyi fiqurlardan biri sayılıb.

    Yermak Ukraynada əsas kadr təyinatlarında həlledici rol oynayıb. Prezident Administrasiyası ilə əlaqəli şəxslər isə əvvəllər də korrupsiya araşdırmalarının hədəfində olub.

    #Ukraynada Zelenskinin administrasiya rəhbəri korrupsiya araşdırmaları fonunda istefa verdi #Andrey Yermakın evi axtarıldı: Zelenski qərarını açıqladı #Ukraynada 100 milyon dollarlıq korrupsiya işi: Yermakın istefası gündəmi dəyişdi #Aİ: Ukraynanın anti-korrupsiya qurumları işləyir #Yermak istintaqa yardım edir — rəsmi açıqlama #Zelenski partiya daxili təzyiqlərlə üzləşdi #Enerji sektoru korrupsiya qalmaqalı iki naziri devirdi #Ukraynada hakimiyyət böhranı dərinləşir\ #Yermakın keçmiş müavinləri də araşdırmaların hədəfində olub #ABŞ-ın Kiyevə təzyiqi fonunda siyasi gərginlik artır #Ukraynada siyasi şok: Yermak istefa verdi #Yermakın evində axtarış — Kiyevdə nə baş verir? #Ukraynada enerji korrupsiyası işi böyüyür #Zelenski daxili və xarici təzyiqlərlə üz-üzə #Axtarışlar Kiyevdə hakimiyyət böhranı yaradıb #Yermak kimdir və niyə istefa verdi? #Ukraynanın Aİ-yə üzvlük prosesinə yeni maneə #Yermakın komandasında korrupsiya izləri #Zelenskinin yaxın çevrəsində güclü təlatüm #Ukrayna hakimiyyətində kritik dəyişiklik baş verir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenskinin administrasiya rəhbəri genişlənən korrupsiya araşdırmaları fonunda istefa verib

    28 Noyabr 2025 22:17

    İraq Xor Mor qaz kompleksinə hücumu araşdırmaq üçün komitə yaradılıb

    28 Noyabr 2025 21:40

    Almaniya kansleri Fridrix Mers dekabrda İsrailə səfər edəcək

    28 Noyabr 2025 19:59

    Rəfahdakı tunellərdə doqquz HƏMAS döyüşçüsünün cəsədi aşkarlanıb

    28 Noyabr 2025 19:29

    Sudan münaqişəsində ölənlərin sayı 40 minə çatıb - BMT

    28 Noyabr 2025 16:49

    Atəşkəsdən sonra İsrail hücumlarında 335 nəfər həlak olub - Livan

    28 Noyabr 2025 13:45

    Səudiyyə Hərbi Dəniz Qüvvələri Misirdə birgə dəniz təlimlərini tamamlayıb

    28 Noyabr 2025 12:32

    İsrail ordusu helikopter və top atəşi ilə Suriyaya hücum edib

    28 Noyabr 2025 10:55

    Rusiya Türkiyənin Ukrayna danışıqları üçün platforma təklifini yüksək qiymətləndirir - Zaxarova

    28 Noyabr 2025 02:00

    Türkiyə dünya nizamında mühüm yer tutur - Papa XIV Leo

    27 Noyabr 2025 19:53

    ABŞ beynəlxalq qüvvənin Qəzzəyə yerləşdirilməsi üçün 2026-cı ilin yanvarını hədəf seçib - İsrail mediası

    27 Noyabr 2025 19:23

    Döyüşlər yalnız Ukrayna qüvvələrinin mövqelərdən çıxması halında dayandırılacaq - Putin

    27 Noyabr 2025 18:51
    Demo
    XƏBƏR LENTİ

    Zelenskinin administrasiya rəhbəri genişlənən korrupsiya araşdırmaları fonunda istefa verib

    İraq Xor Mor qaz kompleksinə hücumu araşdırmaq üçün komitə yaradılıb

    Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə dövlət komissiyalarının növbəti iclası Ermənistanda keçiriləcək

    Qəbələdə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti görüşü keçirilib

    Almaniya kansleri Fridrix Mers dekabrda İsrailə səfər edəcək

    Rəfahdakı tunellərdə doqquz HƏMAS döyüşçüsünün cəsədi aşkarlanıb

    Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib

    Clean Energy Capital MMC ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb

    Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub

    BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı yerləşmə vasitələri ilə görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.