Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İtaliya Aİ ilə ABŞ arasında qarşıdurmaya qarşı çıxdı

    19 Yanvar 2026 22:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İtaliya Avropa İttifaqı ilə ABŞ arasında mümkün ticarət qarşıdurmasının dərinləşməsinə qarşı mövqe sərgiləyib.

    AzerVoice xəbər verir ki, İtaliyanın müdafiə naziri Quido Krozetto ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda Avropa İttifaqında müzakirə olunan cavab ticarət tədbirlərini tənqid edib. O bildirib ki, ABŞ-a qarşı əks rüsumların tətbiqi mümkün olan ən pis cavab variantı olardı.

    Nazirin açıqlamaları Fransa Prezidenti Emmanuel Makronun Aİ-nin “məcburiyyətə qarşı mexanizm”ini işə salmaq və ümumi həcmi 93 milyard avroya qədər çata bilən ticarət tədbirləri tətbiq etmək çağırışından sonra səslənib. Bu müzakirələr ABŞ-ın fevralın 1-dən etibarən bir sıra Avropa ölkələrinə qarşı 10 faiz, iyunun 1-dən isə 25 faizlik gömrük rüsumları tətbiq edəcəyini elan etməsindən sonra başlanıb.

    Krozetto sosial şəbəkələrdə yayımlanan müzakirələrə münasibət bildirərək Avropanın mümkün cavab tədbirlərini “axmaqlar gəmisi” adlandıran fikirlə razılaşdığını vurğulayıb. Onun sözlərinə görə, hazırkı mərhələdə “fərqli komandaların fanatı olmaq, kim daha sərt və qürurlu davranacaq deyə yarışmaq vaxtı deyil”.

    İtaliyanın müdafiə naziri xatırladıb ki, ABŞ və Avropa ölkələri artıq 76 ildir müttəfiqdir. O qeyd edib ki, müttəfiqlər arasında bir-birinə daha çox zərər vurmaq yarışına girmək yalnız fəlakətə aparıb çıxara bilər.

    Krozetto daha əvvəl Avropa ölkələrinin Qrenlandiyaya məhdud sayda hərbi qüvvə göndərməsini də istehza ilə şərh etmiş, Qərb dünyasının birliyinin qorunmasının vacibliyini önə çəkmişdi.

    #İtaliya Aİ–ABŞ ticarət qarşıdurmasına qarşı çıxdı #Roma Avropanın ABŞ-a qarşı rüsum planını tənqid etdi #Qrenlandiya böhranı: İtaliya Aİ-ni ehtiyatlı olmağa çağırdı #Krozetto: ABŞ-a əks rüsumlar ən pis cavabdır #İtaliya Aİ ilə ABŞ arasında gərginliyin artmasını istəmir #Roma Qərb birliyinin qorunmasının vacibliyini vurğuladı #İtalya #AB ile ABD arasında ticaret krizine karşı çıktı #Roma’dan ABD’ye karşı ek gümrük vergilerine tepki #Krozetto: ABD’ye misilleme en kötü seçenek #İtalya’dan AB’ye birlik ve itidal çağrısı #Grönlandiya tartışmaları AB–ABD hattını gerdi #Batı ittifakının zarar görmesini istemiyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İtaliya Aİ ilə ABŞ arasında qarşıdurmaya qarşı çıxdı

    19 Yanvar 2026 22:40

    Netanyahu Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətərin iştirakına etiraz edib

    19 Yanvar 2026 21:49

    Ərdoğan Suriyada baş verən proseslərlə bağlı açıqlama verib

    19 Yanvar 2026 21:19

    Yəmən 2022-ci ildən bəri ən ağır ərzaq böhranı ilə üz-üzədir

    19 Yanvar 2026 19:01

    Əfqanıstanda partlayış baş verib

    19 Yanvar 2026 18:44

    Trampın Qəzza planına İsrail hökuməti daxilindən sərt etiraz gəlib

    19 Yanvar 2026 16:26

    İsrail ordusu Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirdiyini bildirib

    19 Yanvar 2026 16:05

    Suriya razılaşması: hərbi nailiyyətdən siyasi legitimliyə keçid

    19 Yanvar 2026 15:01

    HƏMAS İsrail həbsxanalarındakı vəziyyəti insanlıq cinayəti adlandırıb

    19 Yanvar 2026 13:56

    Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

    19 Yanvar 2026 11:53

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzanı vurmağa davam edir

    19 Yanvar 2026 11:42

    Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

    19 Yanvar 2026 10:15
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

    BMT-də beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycanın mövqeyi diqqətə çatdırılıb

    Tarixdə bu gün - 20 yanvar

    Rəsmi Bakı Pakistana başsağlığı verdi

    Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

    Türkiyə İŞİD terrorçularının azad edilməsi iddialarını təkzib edib

    Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

    İtaliya Aİ ilə ABŞ arasında qarşıdurmaya qarşı çıxdı

    Prezident İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

    Netanyahu Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətərin iştirakına etiraz edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.