BAKI, AzerVoice, Orxan Qədirzadə
Türkiyənin xarici siyasət aparatında genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib.
AzerVoice xəbər verir ki, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan bir sıra səfirliklər və daimi nümayəndəliklər üzrə yeni təyinatları təsdiqləyib. Qərara əsasən, Türkiyənin 16 ölkədəki səfiri dəyişdirilib və diplomatik nümayəndəliklərdə yeni vəzifə bölgüsü aparılıb.
Yeni təyinatlara əsasən, Konsulluq Baş direktoru səfir Gülsün Erkul Budapeştə səfiri, İkitərəfli Münasibətlər (Suriya) üzrə Baş direktor səfir İhsan Mustafa Yurdakul UNESCO yanında Türkiyənin daimi nümayəndəsi, San-Paulu baş konsulu Özgür Uludüz Luanda səfiri təyin olunub.
Kütləvi diplomatiya və Strateji Kommunikasiya üzrə Baş direktor səfir Nevzat Uyanık Kuala-Lumpur səfiri, Protokol üzrə Baş direktor səfir Ahmed Cemil Miroğlu Riqa səfiri, Balkanlar üzrə İkitərəfli Münasibətlər Baş direktorunun müavini səfir Barış Ceyhun Erciyes Tiran səfiri vəzifəsinə gətirilib.
Humanitar və Texniki Yardımlar üzrə Baş direktor səfir Korhan Karakoç Stokholm səfiri, səfir Mustafa Türker Arı Tiflis səfiri, Mustafa Kibaroğlu isə BMT-nin Vyana Ofisi yanında Türkiyənin daimi nümayəndəsi təyin edilib.
Şimal-Şərqi Aralıq dənizi üzrə İkitərəfli Münasibətlər Baş direktoru səfir Burak Özügergin Kopenhagen səfiri, Diplomatiya Akademiyasının sədr müavini Mesud Özcan Punom Pen səfiri, səfir Mehmet Cem Kahyaoğlu isə Bissau səfiri olub.
İƏT və D-8 üzrə İkitərəfli Münasibətlər Baş direktorunun müavini səfir Özgür Arslan Niamey səfiri, Cənub və Qərbi Avropa üzrə İkitərəfli Münasibətlər Baş direktorunun müavini səfir Dilşad Kırbaşlı Karaoğlu Dakar səfiri vəzifəsinə təyin edilib.
Kuala-Lumpur səfiri Emir Salim Yüksel Boqota səfiri, Lissabon səfirliyinin birinci katibi Zeyneb Kalali Kito səfiri, Riqa səfiri Şule Öztunç San-Salvador səfiri, Meltem Güney La-Pas səfiri, Avropa Şurası üzrə Çoxtərəfli Münasibətlər Baş direktorunun müavini Halime Ebru Demircan isə Antananarivo səfiri kimi fəaliyyət göstərəcək.