BAKI, AzerVoice, Səməd Əyyubov
Çinin məşhur kurort adası Haynanda güclənən “Kadziki” tropik fırtınası səbəbindən 20 min nəfər təxliyə edilib.
AzerVoice xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, adada ictimai iaşə obyektlərinin fəaliyyəti dayandırılıb, ictimai nəqliyyatın işi tamamilə dayandırılıb. Bundan əlavə, 30 mindən çox balıqçı gəmisi limana geri qayıdıb, 2,8 mindən artıq xilasedici isə operativ yardıma hazır vəziyyətə gətirilib.
Səhər saatlarına olan məlumata əsasən, küləyin sürəti saniyədə 38 metrə çatıb.
Qeyd edək ki, siklon Sanya şəhərinin cənub-şərqindən təxminən 210 kilometr məsafədə qeydə alınıb. Sinoptiklərin proqnozuna görə, fırtına bazar günü günorta və ya axşam saatlarında Haynana çata bilər.