Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailin Qəzzadakı Blokadası - Aclıqdan Ölümlər Artır

    25 Avqust 2025 12:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Qəzza zolağında İsrailin hücumları və blokadası səbəbiylə aclıqdan ölənlərin sayı son 24 saatda 11 nəfər artıb.

    AzerVoice xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş, son 24 saatda ikisi uşaq olmaqla 11 fələstinlinin aclıq və qida çatışmazlığından həyatını itirdiyini açıqlayıb.

    Burş, 2023-cü ilin oktyabrından bəri Qəzzada aclıqdan ölənlərin sayının 300-ə, onlardan 117-sinin uşaq olduğunu vurğulayıb. Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatına görə, Qəzza şəhərində 15 avqust 2025-ci il tarixinə qədər aclıq “fəlakətli” səviyyədədir. Hesabatda 22 aylıq münaqişə nəticəsində yarım milyondan çox insanın aclıq, yoxsulluq və ölüm təhlükəsi ilə üzləşdiyi qeyd olunur.

    İsrailin hücumları və humanitar yardımı məhdudlaşdıran sərt blokadası Qəzzada geniş yayılmış aclıq, su, dərman və tibbi ləvazimat çatışmazlığına səbəb olub. Xüsusilə uşaqlar arasında aclıqdan ölüm halları kəskin artıb. Yerli və beynəlxalq təşkilatlar İsrailin aclığı “silah” kimi istifadə etdiyini bildirir. Qəzzanın 88 faizi məhv edilmiş infrastruktur səbəbiylə 2,3 milyon əhalinin təxminən 2 milyonu didərgin düşüb, çoxu dəfələrlə köçkünlüyə məruz qalıb. Fələstinlilər müvəqqəti çadırlarda və ya izdihamlı, antisanitar məktəblərdə sağ qalmağa çalışır.

    İsrail ordusunun gündəlik hücumları, o cümlədən Nasser xəstəxanasına son hava zərbəsi nəticəsində 8 nəfərin, o cümlədən jurnalistlərin həlak olması və çox sayda insanın yaralanması vəziyyəti daha da ağırlaşdırıb.

    Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına tətbiq etdiyi hücumlar və blokada nəticəsində bölgədə humanitar böhran dərinləşib, minlərlə mülki şəxs həyatını itirib, əhalinin böyük hissəsi isə aclıq və köçkünlük şəraitində yaşayır.

    #İsrail #Fələstin #Qəzza zolağı #BMT #Qəzza münaqişəsi #Qəzza blokadası #Qəzzada aclıq və səfalət #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17
    XƏBƏR LENTİ

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.