BAKI, AzerVoice, Fərid Mikayılov
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşün yalnız təhlükəsizlik zəmanətləri razılaşdırıldığı halda baş tuta biləcəyini bildirib.
AzerVoice xəbər verir ki, Zelenski bu barədə, jurnalistlərə açıqlamasında bildirib.
"Təhlükəsizlik zəmanətləri məsələsində razılıq əldə olunduğu halda Putinlə görüş mümkün ola bilər" – deyə vurğulayıb.
Ukrayna lideri görüş üçün məkan kimi bir neçə ölkəni nəzərdən keçirdiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə bu baxımdan əsas variantlardan biridir.
Eyni zamanda İsveçrə və Avstriya da görüşün keçirilə biləcəyi ölkələr sırasında göstərilib.