BAKI, AzerVoice, Nərmin Ağayeva
ABŞ Dövlət Departamenti 6000-dən çox tələbənin vizasının ləğv edildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Dövlət Departamenti ilin əvvəlindən bu yana tələbələrin viza müddətinin pozulması, müxtəlif qanun pozuntuları və təhlükəsizliklə bağlı səbəblərə görə 6 mindən çox vizanın ləğv edildiyini təsdiqləyib.
Rəsmi açıqlamada bildirilib ki, bu ləğvlərin böyük əksəriyyəti “hücum, sərxoş halda avtomobil idarəetmə, oğurluq və terrorizmə dəstək” kimi hallarla bağlıdır. Təxminən 4000 tələbənin vizası qanun pozuntularına görə, 200-300 nəfərin vizası isə “terrorla əlaqəli səbəblər” üzündən ləğv olunub.
Qeyd edək ki, ABŞ-ın Fox News kanalı daha əvvəl Dövlət Departamentinin bu məsələ ilə bağlı hesabatını yayıb. Həmçinin, Dövlət katibi Marko Rubio may ayında Fələstin tərəfdarı etirazlarda iştirak edən tələbələrin viza statusunun nəzərdən keçirildiyini və onların vizalarının ləğv edilə biləcəyini açıqlamışdı.