BAKI, AzerVoice, Səməd Əyyubov
Solomon Adalarına məxsus Santa-Krus arxipelaqı sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Vanuatu Respublikasına aid, təxminən 1,1 min nəfərin yaşadığı Sola şəhərindən 289 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 53 km dərinlikdə yerləşib.
Hazırda dağıntı və insan tələfatı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.