Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Israilin Qəzzanın işğalına dair planı fəlakətin başlanğıcıdır - Makron

    11 Avqust 2025 19:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Fransa prezidenti Emmanuel Makron İsrailin Qəzzanı işğal etmək qərarına sərt reaksiya verərək bu qərarı “misilsiz bir fəlakətin başlanğıcı” kimi qiymətləndirib.

    AzerVoice xəbər verir ki, bu barədə Makron BFMTV-yə müsahibəsində danışıb.

    O, Qəzzadakı mülki əhalinin və HƏMAS-ın Qəzzada saxladığı girovların bu strategiyanın əsas qurbanı olmağa davam edəcəyini vurğulayıb və BMT mandatı altında beynəlxalq koalisiya yaradılması təklifini irəli sürüb.

    “İsrailin hərbi əməliyyatları dayandırılmalıdır. Terrorla mübarizə, Qəzzada sabitlik yaratmaq, əhalini dəstəkləmək və sülhü təmin edən idarəetməni qurmaq üçün BMT mandatı altında beynəlxalq koalisiya qurulmalıdır” - deyə, Makron bildirib.

    O əlavə edib ki, məsələni BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) gündəminə çıxarmaq üçün tərəfdaşları ilə birgə çalışacaqlar. Onun sözlərinə görə, bu addım Qəzza sakinləri və girovlar üçün qəbulolunmaz vəziyyətdən çıxışın yeganə etibarlı yoludur.

    Xatırladaq ki, avqustun 8-də İsrail Təhlükəsizlik Kabineti Qəzza şəhərinin işğalı planını təsdiqləyib. Həmin gün İsrailin baş naziri Binyamin Netanyahu "Fox News"-a açıqlamasında Qəzza zolağının tam işğalını hədəflədiklərini bildirib. Planın mərhələli şəkildə icra ediləcəyi, əvvəlcə Qəzza şəhərindən, daha sonra isə mərkəzdəki fələstinli qaçqın düşərgələrindən başlanacağı qeyd olunub.

    #Qəzza #İsrail #Qəzza zolağı #BMT #Fransa #BMT TŞ #Emmanuel Makron #BMT Təhlükəsizlik Şurası #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzanın işğalı #Qəzza böhranı və Qərbin mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    15 Fevral 2026 14:00

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    14 Fevral 2026 10:00

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    12 Fevral 2026 16:05

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37
    XƏBƏR LENTİ

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.