Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp Israilin Qəzza planına münasibət bildirməkdən yayınıb

    6 Avqust 2025 10:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, Azervoice, Nərmin Ağayeva

    ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağını tam işğal planı ilə bağlı mövqe bildirməkdən imtina edərək, əsas diqqəti bölgəyə humanitar yardım çatdırılmasına yönəltdiyini deyib.

    Azervoice xəbər verir ki, Ağ Evdə keçirilən imza mərasimində çıxış edən Tramp İsrailin Qəzzaya müdaxilə planına dair suala cavabında “Hazırda Qəzzadakı insanlara ərzaq çatdırmağa çalışırıq. Diqqətimi buna yönəltmişəm. Qalan məsələlərə gəlincə, bu, İsrailin ixtiyarındadır” - deyə bildirib.

    Tramp həmçinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvada Rusiya tərəfi ilə görüş keçirəcəyini xatırladaraq, enerji tarifləri və digər geosiyasi məsələlərlə bağlı qərarların bu görüşdən sonra veriləcəyini bildirib. Ukrayna müharibəsinə münasibətində isə Tramp məsuliyyəti Co Baydenin üzərinə qoyaraq, “Bu müharibə mənim deyil, Baydenin müharibəsidir. Mən ABŞ-ı bu qarışıqlıqdan çıxarmaq üçün buradayam” deyib.

    ABŞ lideri son 5 ayda 5 münaqişənin sona çatmasına nail olduğunu və Rusiya-Ukrayna müharibəsinin də altıncı ola biləcəyini vurğulayıb. Tramp, Qəzza əhalisinin ərzaq təminatı ilə bağlı isə “Qəzza xalqının yeməklə vəziyyəti yaxşı deyil. Biz 60 milyon dollarlıq yardım göndərmişik, İsrail paylama və maliyyə dəstəyi göstərəcək, ərəb ölkələri də bu prosesdə iştirak edəcək” - deyə əlavə edib.

    Qeyd edək ki, Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində humanitar böhran dərinləşməkdə davam edir. Son 24 saatda aclıq səbəbindən daha 8 nəfərin həlak olduğu bildirilir.

    #Qəzza #İsrail #ABŞ #Donald Tramp #Co Bayden #Rusiya-Ukrayna münaqişəsi #Stiven Uitkoff #ABŞ İsrail dəstəyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46
    XƏBƏR LENTİ

    AFAD 30-dan çox generator satın alacaq

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    Hetçbeklərin Döyüşü: 2026 Kia K4 GT-Line Turbo, Honda Civic Sport Hybridə qarşı

    Antalya hava limanında sərnişin axını artdı, beynəlxalq göstərici gerilədi (ÖZƏL)

    Trampın 2026-cı il Yaxın Şərq strategiyası: Sülh yoxsa yeni sövdələşmələr?

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.