BAKI, AzerVoice, Zeynəb Raminqızı
Bolgaıstanda baş verən meşə yanğınları ilə mübarizə aparılır.
AzerVoice xəbər verir ki, Bolqarıstanın Harmanlı bölgəsində meşə yanğını baş verib. Səlahiyyətlilər yanğının söndürülməsi üçün çalışıldığını bildiriblər.
Harmanlı Bələdiyyəsindən alınan məlumata görə, yanğın gecə saatlarında Sakar dağının Radinçevo bölgəsində, Dositeevo və Kolarovo kəndləri arasında baş verib.
Yanğına 60-dan çox yanğınsöndürən 13 texnika ilə müdaxilə edir.
Harmanlı Bələdiyyə Başçısı Mariya Kirova söndürmə işlərini koordinasiya etmək üçün yanğın yerinə getdi.
Sahədə növbətçi olan Hasköy Yanğından Mühafizə İdarəsinin rəisi Mitko Çolakov bildirib ki, daim dəyişən küləklər yanğınsöndürənlərin işini çətinləşdirir.
Çolakov 5 min hektar meşə sahəsinə yayılan alovu cənub istiqamətindən dayandırdıqlarını, lakin şimalda yanğınla mübarizə işlərinin davam etdiyini bildirib.
Müstəntiqlər yanğına balıqçının əraziyə söndürülməmiş siqaret atması nəticəsində baş verdiyini ehtimal edir.
Ölkənin cənubunda Bolqarıstan-Türkiyə sərhədində Həmzəbəyliyə yaxın bölgə olan Lesovoda bir həftə əvvəl genişmiqyaslı yanğın baş vermiş və alov sərhədin hər iki tərəfinə yayıldığı üçün söndürmə işləri günlərlə davam etmişdir.