Əsas səhifə » Almaniya Fələstin dövlətini tanımağa tələsmir

Almaniya Fələstin dövlətini tanımağa tələsmir

BAKI, AzerVoice

Almaniya hökuməti yaxın perspektivdə Fələstin dövlətini tanımaq niyyətində deyil.

AzerVoice xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü iyulun 25-də keçirilən brifinqdə açıqlama verib.

Hökumət rəsmisi bildirib ki, Berlinin əsas prioriteti hazırda Yaxın Şərqdə sülh prosesində çoxdan gözlənilən irəliləyişin əldə edilməsidir.

“İsrailin təhlükəsizliyi Almaniya hökuməti üçün əsas prioritetdir. Bu səbəbdən, Almaniya qısa müddətdə Fələstin dövlətini tanımaq planı ilə çıxış etmir” – deyə sözçü vurğulayıb.

Onun sözlərinə görə, Fələstin dövlətinin rəsmi tanınması yalnız iki dövlətli həll prosesinin yekun mərhələsində mümkün ola bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice