Əsas səhifə » İsrail ordusu HƏMAS-ın silah hazırlanma şöbəsinin rəhbərini qətlə yetirib

İsrail ordusu HƏMAS-ın silah hazırlanma şöbəsinin rəhbərini qətlə yetirib

BAKI, AzerVoice

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində HƏMAS-ın silah istehsalı qərargahında silah hazırlanma şöbəsinin rəhbəri Bəşşar Tabeti qətlə yetirib.

AzerVoice xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Ordu nümayəndələrinin bildirdiyinə görə, öldürülmüş şəxs HƏMAS-ın silah istehsalı qərargahında tədqiqat və hazırlıq işlərinə cavabdeh olub.

Bundan əvvəl, ordunun "Telegram" kanalında "Hizbullah" hərəkatının silahlı qanadının "Radvan" elit dəniz qüvvələri bölməsinin komandiri Həsən Əhməd Sabrın öldürüldüyü bildirilmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice