BAKI, AzerVoice
Suriya təhlükəsizlik qüvvələri Suveydaya yerləşdirilir, bölgədə yenidən atəşkəs elan olunub.
AzerVoice xəbər verir ki, Suriya
Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik qüvvələrinin Suveyda
əyalətinə yerləşdirilməsinə başlandığını açıqlayıb.
Eyni zamanda, Suriya Rəyasət Heyəti “dərhal və hərtərəfli atəşkəs”
elan edib və bu rejimin pozulacağı təqdirdə ciddi nəticələrə səbəb
ola biləcəyi barədə xəbərdarlıq yayıb. Qeyd olunur ki, son günlər
ərəb bədəvi qəbilələri ilə druz silahlı qrupları arasında yaşanan
qarşıdurmalar nəticəsində onlarla əsgər həlak olub.
Qeyd edək ki, 13 iyuldan bəri Suveydada silahlı toqquşmalar və
atəşkəs pozuntuları ilə paralel olaraq İsrailin də bölgədəki Suriya
hədəflərinə hava zərbələri endirdiyi bildirilir.
Rəsmi məlumata görə, bu qarşıdurmalarda və hücumlardakı ümumi insan
itkiləri yüzlərlə nəfərlə ölçülür.