Əsas səhifə » Türkiyənin iki vilayətində yanğın baş verib

Türkiyənin iki vilayətində yanğın baş verib

BAKI, AzerVoice

Türkiyənin Uşak və Bilecik vilayətlərində yanğın baş verib.

AzerVoice xəbər verir ki, bu barədə türk KİV-i məlumat yayıb.

Uşak vilayətinin Dağdemirler kəndində yerləşən meşəlik ərazidə başlayan yanğın, güclü küləyin təsiri ilə sürətlə yayılıb. Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra bölgəyə iki yanğınsöndürmə helikopteri və Meşə İdarəsinə məxsus çox sayda yanğınsöndürmə qrupu cəlb olunub. Yanğının səbəbi naməlumdur.

Digər tərəfdən, Bilecik vilayətinin Pazaryeri rayonunda küləş sahəsində başlayan yanğın, yaxınlıqdakı meşə sahəsinə sıçrayıb. Yanğına həm havadan, həm də qurudan intensiv müdaxilə edilir.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Digər Kateqoriyalar

2025 © Azervoice