Əsas səhifə » Türkiyə XİN Şeybani və Barrakla Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyə XİN Şeybani və Barrakla Suriyadakı vəziyyəti müzakirə edib

BAKI, AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrak və Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığı aparıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.

Məlumata görə, tərəflər telefon danışığı zamanı Suriyadakı son hadisələri dəyərləndirib. Həmçinin, ölkənin cənubundakı vəziyyətə dair Ammanda keçirilmiş danışıqların nəticələrinə diqqət yetirilib.

Qeyd edək ki, İordaniyanın paytaxtı Ammanda İordaniya, Suriya və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Danışıqların əsas mövzusu, Suriyanın Suveyda vilayətində baş verən icmalararası qarşıdurmalardan sonra bölgədə sabitliyin bərpa edilməsi olub.

Əlavə edək ki, ötən şənbə günü Suriyanın prezidenti Əhməd Əş-Şəraa, beynəlxalq vasitəçilərin iştirakı ilə hazırlanmış sülh planı çərçivəsində Suveyda vilayətində atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice