Əsas səhifə » Kipr sülh hərəkatı Enozis xəyalını quranları məyus etdi - Ərdoğan

Kipr sülh hərəkatı Enozis xəyalını quranları məyus etdi - Ərdoğan

BAKI, AzerVoice

Kipr sülh hərəkatı Enozis (yunanların yaşadığı ərazilərin Yunanıstanla birləşdirilməsi uğrunda millətçi bir hərəkat - red.) xəyalını quranları məyus etdi.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Rəcəb Tayyib Ərdoğan, Lefkoşada keçirilən “20 İyul Sülh və Azadlıq Bayramı Təbiri”ndə çıxış edərkən deyib.

"Kipr sülh hərəkatı, Kipr türklərinə qarşı həyata keçirilən sistemli hüquq pozuntuları qarşısında, zəmanətçi öhdəliklər çərçivəsində atılmış qanuni bir addımdır. Bu hərəkat, Kiprli qardaşlarımızla birlikdə Enozis xəyalları quranları məyus etmişdir. Ada sülh və əmin-amanlığa qovuşmuşdur. 1955-ci ildə EOKA terroru ilə başlayan və 1974-cü ilə qədər Kipr türklərini təzyiq altında saxlayan o qaranlıq dövr millətimizin yaddaşına həkk olunmuşdur. 1571-ci ildən bəri adanın əsas elementi olan türk xalqı öz doğma yurdunda sığınacaqda yaşayan vəziyyətə salınmışdı. Bu dəhşətli vəziyyəti təsvir etmək asan deyil" - deyə, Ərdoğan vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice