Əsas səhifə » Ərdoğan beynəlxalq ictimaiyyəti KKTC-ni tanımağa çağırıb

Ərdoğan beynəlxalq ictimaiyyəti KKTC-ni tanımağa çağırıb

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Respublikasını (KKTC) tanımağa və bu ölkəylə diplomatik, siyasi və iqtisadi əlaqələri inkişaf etdirməyə çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə Ərdoğan Türkiyənin Kipr sülh hərəkatının 51-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.

"Artıq beynəlxalq ictimaiyyət reallıqları qəbul etməli və Şimali Kipr Türk Respublikası ilə rəsmi əlaqələr qurmalıdır. Kiprli türklərə qarşı illərdir davam edən ədalətsizlik sona çatmalıdır" – deyə, Ərdoğan bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyə Kipr probleminin adada iki dövlət əsasında həll olunmasını dəstəkləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice