Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Qəzzadakı vəziyyət artıq qəbuledilməzdir - Almaniya kansleri

    18 İyul 2025 16:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qəzza zolağında baş verənlər artıq qəbuledilməzdir.

    AzerVoice xəbər verir ki, Almaniya kansleri Fridrix Merz İsrailin Qəzzaya son hücumlarını tənqid edərək, bölgədəki vəziyyəti artıq qəbuledilməz adlandırıb və atəşkəsin vacibliyini vurğulayıb.

    Berlin Federal Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Merz bildirib ki, Almaniya atəşkəsə və bölgədəki mülki əhaliyə humanitar yardımın çatdırılmasına yönəlik təzyiqləri davam etdirəcək. O, Almaniya hökumətinin İsrailin Qərb Şəriyədəki məskunlaşma siyasətini dəstəkləmədiyini açıq şəkildə ifadə edib.

    Qeyd edək ki, Merz İsrailə kömək etmək niyyətində olduqlarını desə də, beynəlxalq hüquq prinsiplərindən kənar bütün hərəkətləri qəbul etmədiklərini də bildirib.
    Jurnalist Almaniyanın niyə İsrailə qarşı sanksiyalar tətbiq etməkdən çəkindiyini, lakin Rusiyaya qarşı sanksiyaları dəstəklədiyini soruşduqda Merz, "İsrail illərdir təcavüzkarlardan özünü müdafiə edir. Rusiya isə beynəlxalq hüququ pozaraq müharibəyə başladı" - deyərək, İsrail və Rusiyanı eyniləşdirməyə etiraz edib.

    O, həmçinin Almaniyadan bu gün Əfqanıstana deportasiya reysi təşkil edildiyini, həmin şəxslərin yaşayış icazələrinin olmadığını və bütün hüquqi prosedurların başa çatdığını bildirib.

    #Qəzza #İsrail #Almaniya #Frederix Merz #Qəzzə və İsrail arasındakı gərginlik #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46
    XƏBƏR LENTİ

    Azərbaycanda turizm bələdçilərinin sertifikatlaşdırılması prosesi davam edir

    Türkiyənin Aliağa limanında gəmi hərəkəti artmaqda davam edir (ÖZƏL)

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.