BAKI, AzerVoice
İsrailin Hücumlarında Daha 85 Fələstinli həlak olub.
AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.
İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə – o cümlədən Xan Yunis, Nusayrat, Cibaliya, Sabra, Ət-Tuffah, Əl-Kərəmə, və Deyr əl-Bələhə – hava və quru hücumları həyata keçirib. Bu hücumlar nəticəsində əsasən yaşayış evləri, qaçqın düşərgələri, yardım mərkəzləri və ictimai məkanlar hədəf alınıb. Ümumilikdə çox sayda fələstinli, o cümlədən qadınlar və uşaqlar da daxil olmaqla, həyatını itirib və yaralanıb. Təkcə yardım paylama mərkəzlərinin ətrafında və qaçqın düşərgələrində baş verən hücumlarda onlarla insan ölüb və yaralanıb.
Qeyd edək ki, mayın 27-dən İsrail Birləşmiş Millətlər Təşkilatının (BMT) və beynəlxalq yardım təşkilatlarının nəzarəti xaricində, ABŞ-İsrailin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondu vasitəsilə qondarma yardım paylayır. Lakin bu sistem BMT tərəfindən tanınmır və Fələstin qrupları tərəfindən rədd edilir. HƏMAS bu sistemi “ölüm tələləri” kimi təsvir edir.