Əsas səhifə » İraqın neft yataqlarına PUA hücumu olub

İraqın neft yataqlarına PUA hücumu olub

BAKI, AzerVoice

İraqın neft yataqlarına bomba yüklü pilotsuz təyyarə (PUA) hücumu olub.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın Bağdaddakı səfirliyi bəyanat yayıb.

Bəyanatda İraqın Duhok şəhərində üç ayrı neft yatağına PUA ilə hücum edildiyi bildirilir.

İraq Kürd Regional Rəhbərliyinin (KRG) Terrorla Mübarizə İdarəsi də hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada yerli saatla səhər 07:14-də Duhokdakı Əl neft yatağına PUA ilə hücum təşkil edildiyi, maddi itki və itkilərin olmadığı bildirilib. Bu arada, Duhok əyalətinin Zaxo bölgəsindəki iki ayrı neft yatağına da səhər saat 6:00, 6:15 və 7:00-da bombalı pilotsuz təyyarələrlə hücum edilib.

Birləşmiş Ştatlar da son vaxtlar İraqda, xüsusən də muxtar Kürdüstan bölgəsindəki neft yataqlarını hədəf alan pilotsuz təyyarələrin hücumlarını pisləyərək,
bu hücumların “neft yataqlarında kritik infrastrukturu hədəf alan hücumlar” olduğunu vurğulayıb.

Qeyd edək ki, bazar ertəsi iki pilotsuz təyyarə Xurmala yatağına zərbələr endirib, daha bir pilotsuz təyyarə isə bölgənin paytaxtı Ərbil yaxınlığındakı hava limanı yaxınlığında vurulub.

Məlumata görə, bəzi siyasətçilər heç bir sübut təqdim etmədən hücumlarda İranyönlü qrupları günahlandırıblar. İran nizami ordusuna qoşulmağa qərar verən “Haşd-Şaabi” kimi tanınan İran qruplaşması bu qruplaşmaların ən görkəmlisi hesab olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice