Əsas səhifə » İsrail Dəməşqdə Prezident Sarayını və Baş Qərargahı bombalayıb

İsrail Dəməşqdə Prezident Sarayını və Baş Qərargahı bombalayıb

BAKI, AzerVoice

İsrail Dəməşqdə Prezident Sarayı və Baş Qərargahı bombalayıb .

AzerVoice xəbər verir ki, İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə yerləşən Prezident Sarayını və Baş Qərargah binasını yenidən hədəf alıb. Son bir neçə gün ərzində Baş Qərargah üçüncü dəfə bombalanıb.

İsrail Müdafiə naziri İsrael Katz sosial şəbəkə üzərindən verdiyi açıqlamada “Ağrılı zərbələr başlayıb. Xəbərdarlıqlarımız sona çatdı, indi əməliyyat mərhələsindəyik” ifadələrini işlədib. Nazir həmçinin bildirib ki, “Druzlara hücum edən qüvvələr tamamilə geri çəkilməyənə qədər əməliyyatlarımız davam edəcək”.

Qeyd edək ki, İsrailin hücumları regionda gərginliyi artırmaqla yanaşı, Suriya ərazisində siyasi və hərbi sabitliyə ciddi təhdid kimi qiymətləndirilir. Rəsmi Dəməşqdən hücumlara dair hələlik ətraflı açıqlama verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice